Tabloid.az
Yeməmisən qurbağa ətini, nə biləsən ləzzətini - FOTOLAR
Nigeriyada qurbağa kababını heç də hamı bəyənmir, lakin bəzi nigeriyalılar bu yeməyi ləzzətli sayır.
Publika.az BBC-yə istinadən xəbər verir ki, Philip Paul qurbağa satır - o özü, arvadı və qızı qurbağanı dadlı yemək sayırlar. Ailə mərkəzi Benue ştatındadır. Lakin indi onlar şimal-şərqdə yaşayırlar, orada isə yerli camaat qurbağa yeməyə öyrəşməyib. 25 yaşlı Philipin sözlərinə görə, qurbağaları tutmaqdan asan iş yoxdur. Gecələr o, bayırda iplərdən qurbağanı şirniklədirə bilən yem asır. Qurbağa ipə hoppandıqdan sonra isə onu əllə götürüb torbaya yığmaq qalır. Bundan sonra o, qurbağaları şişə taxır. Philip bu bizneslə 2008-ci ildən məşğul olur. O, qurbağaları Adamava ştatında tutub hazırlayaraq, hazır məhsulu qurbağa kababının populyar olduğu Benua ştatına göndərir. Philip Paul hazırlanmış şişləri yaşadığı evinin divarına dayayıb qurbağaları qurudur. Bu mənzərəni görən qonşular onları bu yeməkdən dadmağa heç də həvəsləndirmir. Günəş altında 6-7 saat saxladıqdan sonra Philip qurbağaları hisə verir. Bişmiş qurbağaları sahibi ölçüsünə uyğun qiymətə satır. 37 xırda qurbağadan ibarət bir şiş kəbabı Philip 1.50 dollara satır. 34 orta ölçülü qurbağadan ibarət 1 şiş kababın qiyməti 2 dollar, 24 böyük qurbağadan hazırlanmış 1 şiş kababın qiyməti isə 4 dollardır. Bu cür hazırlanmış qurbağa kabab kimi də yeyilir, eyni zamanda onu ədviyyat, pomidor, soğan və bibər ilə pörtlədərək də yemək olar. Philip Paul sözlərinə görə, o, qonşularını əmin etməyə çalışır kı, qurbağa balıqdan dadlıdır, lakin qonşularını buna hələ ki inandıra bilməyib. Məlumatı BBC-dən Christine Otieno tərtibləyib.Oxumağa davam et
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"