Sürücülərə şad xəbər – iki küçə açıldı
Bizi izləyin

Qırmızı.az

Sürücülərə şad xəbər – iki küçə açıldı

Daha iki küçə təmirdən sonra açıldı. Nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri ilə əlaqədar bağlanan 2-ci Alatava küçəsi yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri nəticəsində küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsi ilə “Şamaxinka” adlanan ərazi arasında yerləşir.

Daha bir təmir olunan yol Ziya Bünyadov prospekti ilə Hüseyn Seyidzadə küçəsi arasında yerləşən Eldar Babayev küçəsidir. 1100 metr uzunluğunda, 10 metr enində olan küçənin mövcud asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Küçənin 11 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Artıq bu küçə də təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm