“I Avropa Oyunlarını boykot çağırışı iflasa uğradı” – millət vəkili
Bizi izləyin

Nida.az

“I Avropa Oyunlarını boykot çağırışı iflasa uğradı” – millət vəkili

“Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu mötəbər idman yarışı yüksək səviyyədə keçiriləcək: “Hər birimiz bu tədbirin möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobbisinin sifarişi ilə hərəkət edən beynəlxalq təşkilatlar, onların buradakı emissarı olan müxalifətçilər var ki, onlar boykot çağırışı səsləndirdilər. Elə bildilər ki, bu cür mötəbər tədbirin qarşısını almağa çalışa bilərlər. Amma bu dəfə də biabırçı duruma düşdülər”.

Deputat qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edib və böyük uğurlara imza atıb.

“Heç kəsin şübhəsi yoxdur ki, ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq və idman tarixində ilkə imza atacaq, dünya Olimpiadasına bərabər möhtəşəm tədbir keçirəcək”, - deyə deputat vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm