"Qəbələ"yə bürünc medallar təqdim olundu - FOTO
Bizi izləyin

İdman

"Qəbələ"yə bürünc medallar təqdim olundu - FOTO

Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün bürünc medallarını “Qəbələ” klubu qazandı.

36-cı tur çərçivəsində keçirilən görüşdə “Bakı”nı 3:0 hesabı ilə məğlub edən şimal təmsilçisi ardıcıl ikinci dəfə bürünc medalları muzeyinə apara bilib.

“Qəbələ” klubuna bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, Premyer Liqada “Qarabağ” çempion olub, “İnter” isə gümüş medallara sahib çıxıb. “Qəbələ” bu gün bürünc medalları qazanmaqla medalçılar siyahısını tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm