Dünya
“Fuat Avni”dən şok iddia: “AKP seçki saxtakarlığı üçün A komandası qurub”
Mayın 26-da deşifrə olunduğu bildirilən internet fenomeni “Fuat Avni” 7 iyun parlament seçkiləri ilə bağlı şok bir xəbərdarlıq edib.
Publika.az “Sözçü” qəzetinə istinadən verdiyi məlumata görə, “Fuat Avni” Ədalət və İnkişaf Partiyası (AKP) hökümətinin 3 milyon 480 min oğurlayacağını deyib.
“Şahid olduğum gerçəkləri yazmaq məcburiyyətindəyəm. Əsla ümidinizi itirməyin, seçki saxtakarlığı edənlərə göz açmağa imkan verməyin. AKP seçki saxtakarlığı üçün A komandası qurub. Komandanın vilayətlər, mahallar və kəndlərdə bölmələri yaradılıb. Saxtakarlıq edəcək insanlar müəyyənləşdirilib. Təxminən 174 min seçki qutusu ilə əlaqədar tapşırıqlar verilib. Hər seçki qutusu üçün ən azı 20 səsin oğurlanması hədəfdir. Türkiyə daxilində 3 milyon 480 min səs oğurlamaq istəyirlər. Hədəfə görə, 7 faizə yaxın səs oğurlanarsa, AKP təkbaşına iqtidar qura biləcək”, - “Fuat Avni” adlı “Tvitter” istifadəçisi yazıb.
Qeyd edək ki, Türkiyədəki həbslər və hökumətin planları haqqında öncədən “Tvitter”də məlumatlar yayan "Fuat Avni"nin kimliyi gündəmin əsas mövzularındandır. Bəziləri bunun Fətullah Gülənin şəxsən özü olduğunu bildirirlər.
Ömər Dağlı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO