Prezident İlham Əliyev “Bakı 2015”-in baş ofisində oldu
Bizi izləyin

Bakı 2015

Prezident İlham Əliyev “Bakı 2015”-in baş ofisində oldu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisinə səfərində onu xanımı, Bakı 2015 İlk Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov müşayiət edib.

Publika.az Bakı 2015-in rəsmi saytına istinadən xəbər verir ki, qonaqları BAOƏK-in baş əməliyyat direktoru Saymon Kleq və onun müavini Mayk Loynd qarşılayıb. Onlar dövlət başçısına komitənin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Daha sonra Prezident İlham Əliyev Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə işçilər üçün yaradılan şəraitlə yaxından tanış olub.

Prezident İlham Əliyev BAOƏK-in əməkdaşları qarşısında çıxış edərək onlara işlərində uğurlar arzulayıb. Dövlət başçısı birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu bildirib.

Sonda dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əməliyyat komitəsinin kollektivi ilə xatirə şəkli çəkdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm