“Hazırda İŞİD-in 200 min üzvü var” – “Washington Times”-dan ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

“Hazırda İŞİD-in 200 min üzvü var” – “Washington Times”-dan ŞOK AÇIQLAMA

İŞİD terror qruplaşması məlumatların ötürülməsi zamanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) giriş əldə edə bilmədiyi şifrələrdən istifadə edir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə “Washington Times” qəzetinə Yaxın Şərq kütləvi İnformasiya Vasitələrinin Araşdırılması İnstitutunun rəhbəri, ABŞ xüsusi xidmət orqanları ilə yaxın əlaqəsi olan Stiv Stalinski bildirib.

S.Stalinski deyib ki, hazırda İŞİD dünya təhlükəsizliyinə başlıca təhlükə hesab olunur: “Təşkilat bu günlərdə Tunisdə 40 nəfərin ölümü və 40 nəfərin yaralanması ilə nəticələnən terror aktının məsuliyyətini öz üzərinə götürüb. İŞİD şifrələnmiş məlumatlar əsasında terror aktları törədir və təşkilata yeni üzvlər cəlb edir. Ən əsası isə İŞİD terrorçuları iki üsuldan istifadə edirlər ki, bunlar da “Surespot” və “Kik” adlanır. Bu üsullarda xüsusi xidmətlərin ora daxil olması üçün boşluqlar yoxdur. Bu vaxt onlar şirkətlərin və hakimiyyətlərin müşahidə edə bilməyəcəyi, heç bir boşluğu olmayan şifrələnmiş texnologiyadan istifadə edirlər. Həmin cihadçılar o məlumatları sürətlə qəbul edə və mənimsəyə bilirlər”.

S.Stalinski bəyan edib ki, İŞİD son 3 ildə İraq və Suriyanın böyük hissəsini ələ keçirməyə müvəffəq olub: “Hazırda isə İŞİD öz hakimiyyətini Liviya da daxil olmaqla Şimali Afrika ölkələri hesabına genişləndirməyə cəhd edir. Müxtəlif göstəricilərə görə, İŞİD hazırda 90 min kvadratkilometr əraziyə nəzarət edir. Terrorçular bu əraziləri "Xilafət" adlandırırlar və onun öz qanunları və hakimiyyət orqanları var. Qeyri-rəsmi rəqəmlərə görə, hazırda bu ekstremist təşkilatın 50 mindən 200 minədək üzvü var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm