İranın 13 ton qızılı qaytarıldı
Bizi izləyin

Dünya

İranın 13 ton qızılı qaytarıldı

İran ilə “5+1” ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında Vyanada keçirilən danışıqlarda Tehranı sevindirəcək bir addım qərar qəbul olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sanksiyalara görə 2 ildir Cənubi Afrika Respublikasında saxlanılan qızıl İrana qaytarılıb.

İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seyfi 13 ton qızılın dünən gecə bankın əlinə keçdiyini bildirib. Onun sözlərinə görə, sanksiyaların yüngülləşdirilməsi və ölkənin xaricdəki valyuta ehtiyatları üzərindəki həbs qərarlarının ləğvi ilə yanaşı, xaricdə saxlanılan qızılın ölkəyə qaytarılması da Vyanadakı müzakirələrin mövzusu idi.

Qeyd edək ki, İran və “5+1” arasında yekun nüvə razılaşmasının imzalanması müddəti 7 iyul tarixinə kimi uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm