Bir memarın möcüzələri... FOTOLAR
Bizi izləyin

Bir bax

Bir memarın möcüzələri... FOTOLAR

Dahi ispaniyalı memar Antonio Qaudi 1852-ci ilin 25 iyununda Kataloniyada dünyaya gəlir. Bu memarın işləri insanı sehrli, fantastik aləmə aparır... O aləmin adı isə Barselonadır...

“Qaudi ya dəlidir, ya da ki, dahi” ... frazası tez bir zamanda məşhurlaşır. Memarın yaradıcılığını və həyatını təsvir edərkən məhz bu ifadədən istifadə olunur. Niyə də yox? Axı memar dünyanın quruluşunu öyrənməyə çalışır və onu Tanrının özü ilə birgə qurmağı düşünürdü...

Antonio Qaudi-i-Kornet (1852-1926) öz həyatı boyunca on səkkiz memarlıq layihəsini həyata keçirir. Kataloniyalı memarın layihələri əsasında tikilmiş binaların çox hissəsi isə Barselonada yerləşir.
Memarın qeyri-adi arxitektura təcrübələri keçirdiyi bu şəhər həm onun evi, həm laboratoriyası olur.
Kataloniya, ümumiyyətlə, kifayət qədər qeyri-adi məkan sayılır. Bunun səbəbi isə heç də buranın qotika və mavritan stilini bir yerdə cəmləməsində deyil.
Yeri gəlmişkən, kataloniya simvolikasına əsasən, qara rəng matəm rəngi, sarı rəng isə rüsvayçılıq rəngi hesab edilir.

Qaudinin bəxti bir şeydə gətirir. Belə ki, Antonio Qaudi onun memarlıq ideyalarını bölüşən bir insanla tanış olur.
Böyük sənaye sahibi, mesenat və estet Quel Eusebio Qaudi üçün maliyyə mələyi rolunu oynayır.
Öz himayədarı üçün memar şəhər evi (1886-1888) və malikanə
(1885-1888) inşa edir. Bir müddət sonra isə o, Quel parkının layihəsi üzərində işləyir. Monte Pelada dağında salınan şəhər-bağın sığınacaq kimi istifadə olunması planlaşdırılırdı. Parkın altmış hissəyə bölünərək imkanlı insanlara satılması nəzərdə tutulurdu.
Ancaq yalnız iki sahə satılır. Onlardan birini isə Qaudi özü alır. Hətta baş tutmamış bu layihə belə dostları bir-birindən ayırmır.

Antonio Qaudi özünün tikdiyi şəhərdə həlak olur. Qaudi olmasaydı, Barselona da olmazdı...
1962-ci ildə Quel Parkının memarlıq ansamblı Barselonanın bədii abidəsi, 1969-cu ildə isə ölkənin milli əhəmiyyətli abidəsi elan olunur. 1984-cü ildə Quel parkı, Antonio Qaudinin bütün əsərləri kimi, YUNESKO-nun mədəni irs siyahısına daxil edilir.

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm