İslamı qəbul etmiş gestapoçu: Vilhelm Hinterzatç -FOTO
Bizi izləyin

Bir bax

İslamı qəbul etmiş gestapoçu: Vilhelm Hinterzatç -FOTO

Hitler ordusunda müsəlman polklarının olması heç kimə sirr deyil.

Bu polklarda azərbaycanlılar, tatarlar, özbəklər və digər millətlərin nümayəndələri xidmət keçirdi. Lakin yüksək rütbəli alman zabitləri arasında da islamı qəbul edənlər olub. Bunlardan ən məşhuru olan Vilhelm Hinterzatç Almaniyada, yevangelist kilsə xadiminin ailəsində doğulmuşdu. Lap uşaqlıqdan hərb elminə marağı vardı.

1 - ci dünya müharibəsi zamanı gənc Vilhelm artıq Türkiyə ordusunun Baş Qərargahında alman silahlı qüvvələrinin nümayəndəsi idi. Elə Türkiyədə xidmət keçdiyi zaman islamı qəbul etmişdi. O, öz adını da dəyişdi. İndi Vilhelmi “Harun əl - Rəşid bəy” deyə çağırırdılar. Almaniya birinci dünya müharibəsində məğlub olduqdan sonra Vilhelm Hinterzatç vətəninə qayıtdı. Berlində kommersiya ilə məşğul olmağa başladı. Hitler Almaniyanın siyasi səhnəsində peyda olduqdan sonra Vilhelm Hinterzatç nasistləri dəstəklədi. 2 - ci dünya müharibəsi başlayanda o, artıq yaşlanmışdı.

Lakin Reyx Vilhelmə etibar edirdi. Elə bu etibarın nəticəsində “SS”- in “müsəlman polku”nun komandanlığı ona həvalə edildi. Vilhelmin iki oğlu da özü kimi islamı qəbul etmişdi. Müharibənin sonuna yaxın isə Vilhelm Hinterzatç – “Harun əl-Rəşid bəy” “3-cü Reyx” in Qüds müftiliyindəki nümayəndəsi idi. Publika.az “SS” ştandartenfureri Harun əl-Rəşid bəyin nadir fotolarından birini təqdim edir. Foto Vilhelm Hinterzatç namaz qılarkən çəkilib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm