Magazin2
Ərəb kralının bikinili modellərlə dəniz kefi - FOTOLAR
4 gün əvvəl Səudiyyə Ərəbistan kralının ailəsi dünyanın ən bahalı - “Solandge” adlı yaxtasında Bodrumda görüntülənib.
Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, şahzadə Navaf bin Əbdüləziz Əl Səud iki oğlu, Müdafiə Naziri Şahzadə Məhəmməd Bin Salman və digər qonaqları ilə birlikdə Hacımehlem buxtasında su idman növləri ilə məşğul olub, daha sonra yaxtanın göyərtəsində bikinili modellərlə deyib-gülüb, əyləniblər. Şahzadə Navaf Əl Səud su idman növləri ilə məşğul olan zaman mühafizəçilər ətrafda sanki quş uçmasına icazə verməyərək ciddi təhlükəsizlik tədbirləri görüb.
Səudiyyə Ərəbistan kralının ailəsi axşam yeməyini Yalıkavak Məhəlləsində lüks restoranda yeyib, 4 min avro hesab, min avro isə bəxşiş qoyublar.
Qeyd edək ki, kral ailəsinin dincəldiyi 85 metr uzunluğundakı, nəhəng yaxtanın həftəlik kirayəsi 1 milyon avro olduğu bildirilir. Yaxtanı ingiltərəli kapitan Paul Messenger idarə edib. Üç il əvvəl istifadəyə verilən yaxta qapalı və açıq üzgüçülük hovuzları, SPA, kino zalı, iki mini sualtı gəmidən ibarətdir. Yaxta həm də 220 min litr yanacaqla heç dayanmadan 6 min mil məsafə qət edə bilir. Dəyərinə görə, daim diqqət mərkəzində olan yaxtanı icarəyə götürən şəxsin adı adətən gizli saxlanılır. Lakin Səudiyyə Ərəbistan kralının ailəsi dünyanın ən bahalı yaxtasını icarəyə götürdüyünü gizli saxlamağa çalışmayıb.
Kral ailəsi tətilini Bodrumdan sonra Yunanıstanın Mikonos, Tilos və Patmos adalarında davam edəcəklərini qeyd edib.
Aytən
-
MDB11:21Əsirin dəhşətli xatirələri: Gündə iki peçenye yeyirdik
-
ABŞ11:11Trampa nə olub? - Ləkələr siyasətçidən əl çəkmir
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
-
Dünya08:15Bu ölkənin qırıcıları Rumıniya səmasında
-
İnanc07:15Axund vaxtın niyə tez keçdiyini açıqladı: əyləncələr çoxaldığından... - Video
-
ABŞ03:19Trampın adı bu binadan silinəcək











.jpg)
.jpg)













.jpg)









