• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

300 milyonluq sərvətin qurbanları... FOTOLAR

300 milyonluq sərvətin qurbanları... FOTOLAR

Varlı bir yəhudi arvadının ona rəssamla xəyanət etdiyini öyrənir. Yəhudi rəqibinə həyat yoldaşının rəsmini çəkməyi sifariş edir və qarşılığında ona böyük pullar vəd edir.

Nəticə: möhtəşəm rəsm əsəri...

Bu hekayə məhəbbət və nifrət, xəyanət və qisas, təqib və qurbanlarla zəngindir. Burada heç bir mənəvi dəyər yoxdur. Özünüz düşünün, bir hekayədə ki, dahi Qustav Klimt, bədbəxtlik gətirən qadın Adel Blox Bauer, qiyməti 135 milyon dollar olan rəsm əsəri, Adolf Hitler, Corc Buş, ABŞ höküməti və Avstriya xalqı iştirak edir, burada hansı mənəvi dəyərdən söhbət gedə bilər?

Davamı:

“Adel Blox Bauerin Portreti” rəsm əsərinin taleyi Mariya Blox-Bauerin əlinə keçir. Ferdinandın doğma qardaşı Qustav Blox-Bauer Adelin bacısı ilə evli idi.
Mariya ailənin ən kiçiyi idi. O, xəstə Adeli tez-tez ziyarət edən həmən qız idi...
Təəccüblü olsa da, onlar sadə həyat tərzi sürürdü, uşaqlar dəblə geyinib-keçinmirdilər. Uşaqlar yalnız ucuz italyan dondurmasından həzz alırdılar.

Şəkər ticarətindən əlavə, Mariyanın atası istedadlı musiqiçi idi və Rotşildlə dostluq edirdi. Rotşild öz növbəsində onlara Stradivarinin əl işi olan violonçel gətirirdi, bu zaman Venanın böyük incəsənətə laqeyd olmayan bütün insanları bu evə toplaşırdı.
Gənc Mariya gimnaziyada birgə oxuduğu Alois Kunstla dostluq edirdi. O, Aloisi tez-tez xalası Adelin evinə dəvət edirdi. Mariya hətta onu ilk balına da çağırmışdı, bu isə o demək idi ki, Mariyanın valideynləri qızları ilə gəncin münasibətlərinə xeyir-dua verirdilər.
Mariya bu balı ömürlük unutmur. Ancaq Aloislə isti münasibətlərə baxmayaraq, o, başqasına ərə gedir. Frederik Altman opera müğənnisi olmaqla yanaşı, imkanlı ailədən idi. Aloisin ailəsindən daha imkanlı...
Onlar 1938-ci ildə evlənirlər. Baxmayaraq ki, nikah müqavilə əsasında qurulmuşdu, Mariya ərini çox sevirdi və bütün ömrü boyu ona sədaqətli həyat yoldaşı olur. Ferdinand Adelin brilyant kolyesini ona toy hədiyyəsi edir...

Nasistlər avstriyalı yəhudiləri izləməyə başladığı dövrdə Ferdinand İsveçrəyə qaçır. Mariyanın əri Frederiki isə Qestapoya, oradan isə minlərlə yəhudinin məhv edildiyi Dahauda yerləşən düşərgəyə göndərirlər...
Qestapoçular Mariyanın Venadakı evinə soxulurlar və bütün zinət əşyalarını, Stradivarinin violonçelini özləri ilə götürürlər, Adelin brilyant kolyesini isə torbaya atırlar. (Bəzi şahidlər sonradan bu kolyeni tez-tez Henrix Hamlerin həyat yoldaşının boynunda görürlər.) Mariya ərini ölümdən xilas etmək üçün tərəddüd etmədən bütün lazımi sənədlərə imza atır.

Mariya “Qızıl Adel”in də götürüləcəyi günü gözləyirdi və o gün gəlir. Nasistlərlə birgə rəsmin arxasınca Aloist Kunst da təşrif buyurmuşdu. Kunst faşistlərlə əməkdaşlıq edirdi. Mariya ondan satqın olmasının səbəbini soruşanda o cavab verir: “Belə mən Avtriya üçün daha çox yardım edə bilərəm”.
Adolf Hitler Qustav Klimtin yaradıcılığına müsbət yanaşırdı. Sən demə, neçə il öncə gənc Hitler rəssamlıqla məşğul olduğu vaxt Klimtin yanına gəlir və ondan bir neçə dərs keçməsini xahiş edir. Təbiətcə mülayim insan olan Qustav Klimt Adolfun rəsm işlərinə bir xeyli tərif oxuyur. Bundan sonra Hitler hamıya dahi rəssamın onun əsərlərini bəyəndiyini söyləyir.
Beləcə, neçə il öncəki bu xoş təəssüratın nəticəsidir ki, fürer Klimtin əslən yəhudi olmasına baxmayaraq, onun əsərlərinin məhv edilməməsinə dair əmr verir. Bir müddət portret yoxa çıxır, hələ indiyə qədər müharibənin getdiyi illər portretin haradan asıldığı məlum deyil.

Aloist Kunst rəsm əsərini səliqə ilə saxlamışdı, portret yalnız müharibədən sonra üzə çıxır və Venadakı Belveder muzeyinə təhvil verilir. Alois Kunst muzeyin direktoru olur.
Ferdinand Blox Bauer 1945-ci ilin noyabrında vəfat edir. Onun dəfnində heç bir yaxını iştirak etmir.

Mariya ilə ərinin bəxti gətirir. Belə ki, Qestapodakı müstəntiq Altmanın tanışı çıxır. Frederik bir vaxtlar onunla birgə alpinizmlə məşğul olmuşdu və Frederik onu uçurumdan çıxararaq, xilas etmişdi. Beləliklə, cütlük saxta sənəd düzəldir və Venadan Londona uçurlar. Oradan isə ABŞ-a yollanırlar. Bir neçə müddətdən sonra Mariya Amerika vətəndaşlığını alır.
Bir neçə il sakitlik hökm sürür, Xubertus Çernin adlı jurnalist Ferdinand Blox Bauerin ölümdən öncəki son vəsiyyətnaməsini üzə çıxaranda isə bu sakitliyə son qoyulur. Bu vəsiyyətnaməyə əsasən, Ferdinand bütün var-dövlətini qardaşının övladlarına vəsiyyət edirdi.
Lakin qardaş uşaqlarından yeganə Mariya sağ idi, onun da artıq 80 yaşı vardı. Xubertus kübar ailəsən çıxsa da, elə də imkanlı deyildi, ancaq bahalı həyat tərzi sürməyə öyrəşmişdi. İndi o, bir şeyi dəqiq bilirdi - amerikalı milyonçu xanım bu məlumatına görə, onu yaxşıca mükafatlandıracaq. Elə də olur. Mariya son ana qədər bu jurnalistə minnətdar olur.

Avstriya qəzetlərinin manşetinə isə bu tip başlıqlar çıxır: “Milli sərvətimizi Amerikaya verməyək!”, “Avstriya öz sərvətindən məhrum olur”...
Avstriya polisinə rəsm əsərinin məhv ediləcəyi, ancaq əsla Amerikaya təqdim olunmayacağı barədə hədə-qorxular daxil olmağa başlayır.
Corc Buş bu məsələni çox qabartmır, çünki Avstriya ilə münasibətləri korlamaq niyyətində deyildi. Mariya Altman öz sərvəti uğrunda yeddi il mübarizə aparır. Hüquqşünaslar Ferdinand Blox Bauer vəsiyyət edərkən, onun artıq Çexiya vətəndaşı olduğunu aydınlaşdırırlar. Odur ki, Avstriyanın cınqırı da çıxa bilməz.

Avstriya məsələdən kənar qalır və ABŞ Ali Məhkəməsinin qərarı ilə Avstriya Qustav Klimtin beş əsərini, o cümlədən, “Adel Blox-Bauerin Portreti”ni qanuni varis Mariya Altmana qaytarmalı olur.
Mariya xoşbəxt idi, ancaq rəsm əsərini Avstriyadan çıxmasına inad etmirdi. Əvəzində beş rəsm əsərinə görə o, 155 milyon tələb edir. Lakin Avstriyanın mədəniyyət nazirliyi bu məbləği ödəmək iqtidarında deyildi.

Bütün Avstriya “Qızıl Adel”i xilas etmək üçün ayağa qalxır və bütün səylərdən sonra Avstriya höküməti lazımi məbləği toplayır.

Rəsm ətrafındakı ajiotajı görüb, Mariya qiyməti 300 milyon dollara qaldırır. Mariya Altman alicənablıq göstərə və 155 milyon dollarla kifayətlənə bilərdi, ancaq yox... rəsm əsəri Avstriyanı tərk edir.
“Qızıl Adel”i yola salmağa bütün Vena əhalisi toplaşır. Bəzliləri ağlayırdı, zarafat məsələ deyil, Adelin Portreti 100 il ərzində Avstriyanın simvolu olmuşdu...

Bir müddət sonra Mariya portreti 135 milyon dollara “Esti Lauder”in sahibi Ronald Lauderə satır. Ronald Lauder Qızıl Adel üçün xüsusi ev tikir, buranı “Avstriya və alman mədəniyyəti muzeyi” adlandırırlar.

Jurnalist Xubertus Çernin isə Mariya Altmandan aldığı pulu xərcləyə bilmir, belə ki, Klimtin rəsmlərinin ölkədən çıxarılmasından düz dörd ay sonra o vəfat edir. Ölümün rəsmi səbəbi “ürək tutması” göstərilir.
Mariya Altman özü isə 2011-ci ildə 94 yaşında ikən vəfat edir.

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR