Şagirdi ilə yatıb, ərini qətlə yetirən müəllimə - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Şagirdi ilə yatıb, ərini qətlə yetirən müəllimə - FOTOLAR

Şagirdi ilə yatıb, ərini qətlə yetirən müəllimə - FOTOLAR

Müəllimə gənc məşuqunu qətlə yetirir...

“Sizə iki xəbərim var: yaxşı və pis. Yaxşı xəbərimərinizin qatilini tapdıq. Pis xəbər – siz qətldə iştirak ediyinizə görə, həbs edilirsiniz”...

Pamela Smart: “Sevgi” dərsləri

Məktəb müəlliməsi Pamela Smarta çalışdığı məktəbdə hər kəs hörmət edir və sevirdi. O özü isə yeniyetmələrlə intim əlaqəyə girməyi sevirdi. Məhz bu ehtirası onu dəhşətli qətlə sürükləyir...

Pamela Smart gənc, gözəl və şöhrətpərəst xanım idi. Kiçik Derri şəhərciyində yaşayırdı.

Gənc müəllimə özünə yer tapa bilmirdi; müəllimlik karyerası ürəyincə deyildi, ailə həyatı da monoton və darıxdırıcı keçirdi. Bu səbəbdən, gənc oğlanla intim əlaqəyə girməklə Pamela həyatına rəng qatmağı düşünür. Ancaq bu “rəngarənglik” faciəyə gətirib çıxarır...

1990-cı il, 1 may. Polis patrulu Cerald Skaççia hadisə yerinə yerinə çağırılır. Adətən, sərxoşlarla uğraşan polisə bu dəfə kişi cəsədinin tapıldığını söyləyirlər...

Pamela Smart göz yaşları içində evini göstərir: “Ordadır... Ərim ordadır...” Skaççia evə daxil olub kişi meyitini görür. Cəsədi çevirəndən sonra ölüm səbəbi məlum olur: güllə yarası, pistoletdən atəş açılmışdı...

Dostları və yaxınları bir il qabaq toyu olmuş Pamelaya təsəlli verirlər.

İstintaq şöbəsində Pamela həmin gün məktəb iclasında olduğunu söyləyir. Derriyə əri ilə birgə bir il əvvəl köçüb. Əri sığorta agenti idi.

Olsun, ancaq Pamelanı sorğu-sual edən detektiv nədənsə şübhələnmişdi: Pamela çox sakit görünürdü. Bu da detektivin şübhələnməsinə əsas verirdi, ancaq Pamelaya qarşı hər hansı bir dəlil də mövcud deyildi...

İstintaqı kapitan Lorin Cekson aparırdı. O da Pameladan şübhələnirdi. Kapitan qadının danışdıqları ilə baş verənlər arasında uyğunsuzluqlar sezmişdi. Oğurluq faktını da heç nə təsdiq etmirdi. Brilyant üzük ölünün barmağından çıxarılmamışdı, bütün kredit kartları da yerində idi.

Qətldən sonra Pamela və əri Qreq Smart haqda müxtəlif şayiələr yayılmağa başladı. Cütlüyün narkotik aludəçisi olduğu və mütamadi olaraq, evlərində dəlisov gecələr təşkil etdiyini söyləyirdilər.

Elə bu ərəfədə, Pamela yerli televiziyaya zəng edib hamı qarşısında gəzən şayiələri inkar etməyə hazır olduğunu bəyan edir.

Pamelanın gənc dostları

Qətldən dörd gün sonra detektiv Den Peletyer anonim telefon zəgni alır. Zəng edən qadın həddi-büluğa çatmamış Sesiliya Pirsi də sorğu-sual etməyi təklif edir. Guya, ərini öldürəcəyini Pamela məhz ona söyləyib.

Bu an detektiv son bir ay ərzində Pamelanın evinə gələn insanların siyahısını xatırlayır. Sesiliya Pirsin adı o siyahıda vardı.

Bir çox şagirdlər Pamelanın evinə gəlirdi. Onlardan biri də Billi Flinn idi. Billinin sevimli müəlliməsi ilə tanış olduğu vaxt 15 yaşı vardı.

Flinnin məktəb yoldaşı xatırlayır: “Pamelanı ilk gördüyü an Billi mənə çönüb dedi: “Aşiq oldum”...

Ətrafdakılar Pamelanın şagirdlərlə əyləndiyini görürdü, onlar arasında Billi Flinn də vardı. Sesiliya Pirs də müəlliməsi ilə yaxınlaşmışdı. Qızcığazın iyirmi iki yaşlı qadının onu valideynləri kimi uşaq saymamasından xoşu gəlirdi. Sesiliya Pamelanın narkotik və alkoqolun zərəri haqqında hazırladığı mühazirələr vaxtı da onun yanında olurdu.

Tezliklə qızcığaz böyük rəfiqəsinə şəxsi problemlərini açmağa başlayır. Əlbəttə, Pamela yeniyetmə şagirdlərin qəlbinə yol tapmağı bacarırdı...

Qreqlə nikah uğurlu deyildi, tez-tez dalaşırdılar. Beləcə, Pamela Smart Billi Flinnlə məhəbbət macərasına başlayır...

Gənc oğlanın müəlliməsinin evində baş tutan ilk seksual təcrübəsi ömürlük yadında qalır...

Sonralar Billi müəlliməsi ilə intim gecəsi barədə deyir: “Sanki şok keçirmişdim. Belə ehtiraslı gecə nadir hallarda baş verir. Mən xoşbəxt idim, ona aşiq olmuşdum...”

Qısqanclıq və nifrət

Onlar sevgi ilə maşında, evdə, məktəbdə məşğul olurdular. Bütün günü bir yerdə idilər, Pamela gənc məşuquna bikinidə olan açıq-saçıq fotolarını hədiyyə etmişdi. Billi getdikcə müəlliməsinin ərinə daha çox nifrət edirdi. Pamela əri Qreqi amansız, alçaq biri kimi təsvir edir və ondan xilas olmaq arzusunu dilə gətirirdi. Məsələn, öldürməklə...

Tezliklə qətl ideyası gənc oğlanın cəlb etməyə başlayır. Əlbəttə, “əgər mən azad olsam, bütün günü səninlə olacam, həmişəlik”...

Ərinə nifrəti Pamela nəinki məşuqu Billiyə, o cümlədən, Sesiliyaya da aşılamışdı.

Sesiliya qətl planını sevgi macərasının bir hissəsi kimi qəbul edirdi.

Billinin Pamelaya olan ehtirası artırdı, bununla bərabər, Qreqi öldürmək istəyi də böyüyürdü. Beləliklə, bu planda 17 yaşlı Patrik Rendel, 18 yaşlı Vens Lettim və 19 yaşlı Reymond Fauler iştirak edir. Hər üçünü də böyük olmayan mükafat gözləyirdi: bir az pul, stereoaparat...

Xalçadakı dəsmal

İlk cəhd baş tutmasa da, ikinci dəfə hər şey planlaşdırıldığı kimi olur. Qreqi evin girişində qətlə yetirirlər. Qətl prosesi bir neçə saniyə çəkir. Əvvəl Rendel onu bıçaqla hədələməyə başlayır, amma öldürməyə cəsarəti çatmır. Bu an Flinn cəld tərpənir, revolveri çıxarıb atəş açır. Qreq xalçaya sərilmiş dəsmalın üstünə yıxılır.

Dəsmal? Bəli, Pamela döşəmə və xalçanın qan olmasını istəmirdi, bunu əvvəlcədən xəbər etmişdi...

Qətldən bir ay sonra kapitan Cekson Pamelanın günahkar olduğununa artıq əmin idi. Pamela yenə də gənclərlə vaxt keçirirdi, bu isə qəribə görünürdü. Kapitan Cekson Qreqin atasına müraciət edir. Gəlninin laqeydliyi ona da qəribə gəlirdi.

Sesiliyanı təkrar-təkrar sorğu-sual edirdilər. Qətldə iştirak etməməsinə baxmayaraq, Sesiliya rəfiqəsinin tərəfini vermirdi.

Gənc qatillər isə törətdikləri cinayətləri ilə fəxr etməkdən çəkinmirdilər. Artıq bütün məktəb bu barədə danışırdı. Şagirdlərdən yalnız biri – Ralf Uelç buna ciddi yanaşır. O, Vens Lettimin atasına onun revolverindən qətldə istifadə olunduğunu , üstəlik onun oğlunun da qətldə iştirak etdiyini söyləyir. Lettim revolveri yoxlayır və oradan atəş açıldığını dərhal görür. Ata Lettim polisə müraciət edir, tezliklə cinayətdə iştirak edən dörd nəfər istintaqa çağırılır.

Sesiliya ədaləti bərpa edir

Hər dörd nəfər etdiyi əməli boynuna alır. Flinn bunun cinayət olduğunu etiraf edir. Qalan üç nəfər isə baş verənləri yalnız bir oyun zənn etdiklərini iddia edir. Fəqət bütün bunlar Pamelanı həbs etmək üçün kifayət deyildi.

“Bizə lazım idi ki, Pamela Smart hər şeyi özü etiraf etsin. Xoşbəxtlikdən, Sesiliya Pirs dalbadal bir neçə sorğu-sualdan sonra bütün bunların iyrənc bir qətl olduğunu dərk edir və Pamelanı həqiqəti söyləməyə məcbur edəcəyinə söz verir”...

Beləliklə, Sesiliya Pamela ilə hər görüşə xüsusi dinləmə qurğusu ilə gəlir. Gec-tez polisin istəyi həyata keçir, Pamela ilişir...

1991-ci il, mart ayı, məhkəmə

Detektiv Den Peletyer Pamela Smartın ofisinə gəlib sakitcə söyləyir: “Sizə iki xəbərim var: yaxşı və pis. Yaxşı xəbərim - ərinizin qatilini tapdıq. Pis xəbər – siz qətldə iştirak ediyinizə görə, həbs edilirsiniz”...

Billi Flinin məhkəmədəki çıxışı hər kəsi heyrətə gətirir: “Bir neçə saniyənin içində düz Qreqin başına atəş açdım. Elə bil yüz il keçib. Tanrım, məni bağışla” ... – Flinn bunları söyləyib hönkür-hönkür ağlayır...

Sesiliyanın köməyilə ərsəyə gəlmiş yazılar məhkəmədə dinlənir. Uzun-uzadı mübahisələrdən sonra Pamela Smartın cinayətdə iştirakı sübuta yetirilir.

Hakim son qərarını verir: Pamela Smarta ömürlük həbz cəzası, Billi Flinn və Patrik Revdepə 28 il, Vens Lupimə isə 18 il həbs cəzası verilsin.

Pamela vəkilə tərəf çönüb sakit şəkildə: “Bill əvvəlcə Qreqin həyatına son verdi, indi də mənim həyatıma son qoyur”.

Kapitan Cekson isə buna heç bir reaksiya vermir: “Pamela Smart nəinki Qreqin həyatını aldı, o, həmçinin gənc və həssas uşaqların həyatını da məhv etdi. Bu, soyuqqanlı, özündən savayı heç kimi düşünməyən qəddar bir qadındır. Zənnimcə, həbsxana bu xanım üçün ən uyğun məkandır”...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm