“Savadsız bakirə və ya ehtiraslı fahişə” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Savadsız bakirə və ya ehtiraslı fahişə” - FOTOLAR

Amerikalı kinoaktrisa Syuzan Sarandon:

Syuzan olmaq o qədər darıxdırıcıdır ki. Siz indi 35 yaşdan cavan Syuzana heç yerdə rast gələ bilməzsiniz. Ətraf Cessikalarla doludur. Bir vaxtlar adı Syuzan olanlar yavaş-yavaş adlarını Siqurniyə dəyişirlər.
Bir dəfə Torontodakı kinofestivalda yanında balaca bir qız dayanan qadın mənə yaxınlaşdı və dedi ki, qızının adını mənim şərəfimə qoyub. Qızı mənə tərəf itədələdi. Mən isə gözləyirdim ki, qız indi deyəcək ki, “salam, mən Syuzanam”. Ancaq bu yerdə anası: “Tanış olun, bu Sarandondur” - dedi. Vəziyyətimi təsəvvür edə bilərsiniz...

Mən çox ciddi katolik məktəbində təhsil almışam. Həddindən artıq çox suallar verirdim. Üçüncü sinifdə oxuyanda bizə dedilər ki, həqiqi nikah ancaq katolik qaydalara riayət olunursa, həqiqi sayıla bilər.
Onda mən soruşdum: “Bəs Yusiflə Məryəm necə evləniblər? Axı İsa hələ anadan olmamışdı və heç bir katolik kilsəsi yox idi...”.
Məni danlayıb dəhlizə çıxardılar. Görünür, onların yumor hissi yaxşı inkişaf etməmişdi.

Mən nikaha inanmıram. Mən məhəbbət və etibara inanıram – ancaq nikaha yox. Nikah sevgililərin deyil, vəkillərin əl işidir. Nikah münasibətləri məni qıcıqlandırır. Sanki nikahdan sonra hər iki tərəf hansısa öhdəçilik götürür. Mən, sadəcə, yuxudan durub sevdiyim insanı görməyi sevirəm.

Biz Timlə 23 il birgə yaşamışıq. Hollivud üçün bu qeyri-adi bir şeydir. Ancaq burada heç bir sirr yoxdur, sadəcə, ən yaxşını sçmək lazımdır. Çünki ən yaxşısı həmişə var, tapmaq lazımdır.

Ürək – sənin bədənindəki daha bir əzələdir, vəssəlam.
Sevgi ilə məşğul olmaq – beysbol topunu atmaq kimi bir şeydir. Sən eyni anda həm rahat olmalı, həm də fikrini cəmləməyi bacarmalısan.

Doğrudanmı seçim belədir: ya savadsız bakirə və ya ehtiraslı fahişə?
Cütlüklərdən birinin digərini tamamlaması ideyasına nifrət edirəm - o, kədərlənəndə onu güldürməyi bacarmalısan. O, dünyada nəyin baş verdiyindən xəbərsiz olanda ona qəzet oxumalısan, onun eşitmədiyi musiqini səsləndirməlisən... Heç bir tərəf öz hesabına digər tərəfi tamamlamamalıdır.

Mən həmişə müsahibələrdə çox açıq oluram. Yaşım artdıqca, necə görünməyim, nə etməyim barədə daha az düşünürəm.
Prodüserlər filmə bənzəmək istədikləri kişi aktyorları, yatmaq istədikləri aktrisaları dəvət edirlər.

Feminizmə nifrət edirəm. Qarşımda dayanan kəsin qadın olduğuna görə ona yaxşı münasibət bəsləmək məntiqsizdir. Mən Kandaliza Raysa səs verməmişəm və Marqaret Tetçerə də nifrət edirəm.

Mən sadiq ludditəm. Mexanizm ona yaxınlaşdığım an sınır.

Mən yeni-yeni sms yazmağı öyrənmişəm. Öz adımı “google”- da axtarmıram. Siz “google”-dan istifadə edirsiniz? Çox yaxşı. Mən isə yox. Bu cür həyat yaşamaq mənə rahatdır.

Oğullarımın əla yemək bişirməsi ilə fəxr edirəm. Məsələn, kiçik oğlum gözəl çörək bişirir.
Məni ailədən daha çox maraqlandıran başqa bir şey yoxdur.
Məni qeyri-adi insanlar maraqlandırmır, məni qeyri-adi vəziyyətə düşən adi insan maraqlandırır.
Bədənlə məşğul olmadan ruhu müalicə etmək olmaz.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm