• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qalmaqallı sarışın: Paris Hilton – FOTOLAR

Qalmaqallı sarışın: Paris Hilton  – FOTOLAR

“Hər bir qadın həyatı boyu 4 heyvana sahib olmalıdır: şkafında xəz, qarajında yaquar, çarpayıda pələng və bütün bunların ödənişini edən uzunqulaq...

Fikirləşirəm ki, striptiz göstərdiyim filmi hər bir kişi izləmək istəyər...

Zibilə düşmüsünüzsə, bundan maksimum dərəcədə həzz alın...

Nə olsun ki, sarışınam, indi mən elə ağıllanmışam ki. Mənə həmişə qışqırırlar: “Hey Paris, sinəni göstər!”. Bağışlayın, ancaq bunu edə bilmərəm. Onlar yalnı mənim hesabıma pullar qazanmaq istəyirlər. Mən ki axmaq deyiləm!

Bu dünyada mənim kimisi daha yoxdur. Hesab edirəm ki, hər onilliyin öz sarışın ikonası var. Məsələn, Merilin Monro və ya şahzadə Diana. Bu onilliyin sarışını isə mənəm!”.

Amerikalı model və “Hilton” imperiyasının keçmiş varisi Paris Hilton qalmaqal, seks videosu, həbsxana həyatı ilə gündəmə gəlir.
“Hilton” mehmanxana şəbəkəsinin əfsanəvi təsisçisi Konrad Hiltonun nəvəsi gündəmdə qalmaq üçün daha nələr etməyib ki?

“İnsanlar elə hesab edir ki, mən ağılsızam. Lakin mən onların əksəriyyətindən ağıllıyam.

Məncə, ərköyün böyüdüyümdən hamı mənim haqda səhv fikirdədir. Ancaq mən belə deyiləm”.

Özündən bu qədər əmin olan Paris Hilton 2007-ci ildə həyatının ən qalmaqallı hərəkətinə imza atır. O, sürət həddini aşdığı üçün həbs olunur. Parisin məşhur babası və mehmanxana şəbəkəsinin təsisçisi nəvəsinin “çıxardığı oyunlardan” məyus olaraq onu varislikdən çıxarır...

Parisin atası bütün həyatı boyu zəngin sülalənin işini yerinə yetirməklə məşğul olub. Anası isə cavanlığında model olmağı arzu edib, lakin buna cəsarət etməyib. Əvəzində, milyonerə ərə getməyi qərara alıb. Parisi modelliyə sövq edən də elə anası olub.

“Uşaqlıqda sarayda yaşadığımı düşünmüşəm. Lakin günlərin birində qonaq getdim və ümidlərim puç oldu”

Uşaqlıq illərində Paris ölkənin ən bahalı mehmanxanalarında yaşayıb. Məktəbi bitirdikdən sonra Paris kollecə gedib, lakin özünü hamıdan ağıllı hesab edən sarışın tədris planını yerinə yetirmədiyi üçün kollecdən uzaqlaşdırılır. Ancaq sonradan o, çətinliklə də olsa, orta təhsil haqda şəhadətnaməni ala bilir.

Parisin təhsili haqda az məlumat var. Lakin yoldaşlarının dediyinə görə, Paris adını da çətinliklə yaza bilir.

Ümumiyyətlə, onu təhsil heç zaman maraqlandırmayıb. O, özünü aktrisa və model kimi sınamaq istəyib.

Zəngin imkanları olan sarışın Paris özünü aktrisa kimi də yoxlayıb. O, “Mumdan hazırlanmış ev” (“House of Wax”) filminin epizodlarının birində çılpaq çəkilib. Elə bu roluna görə də Paris mükafat qazanıb.

Bu azmış kimi, Paris özünü müğənni kimi də sınayıb. Lakin onun buraxdırdığı disk çox da uğur qazanmayıb və çox pis satılıb.

Paris Hilton “Qalmaqalçının etirafları” adlı bioqrafik kitab nəşr etdirib. 178 səhifəlik kitabda milyoner qadın həyatından bəhs edib.

Paris qadınlara məsləhət verməyi də unutmur. O, həyat haqqında baxışlarını paylaşır və sevgililərindən bəhs edir. Paris qadınlara vəziyyətdən asılı olaraq, hansı geyimdən istifadə etməyin yollarını da göstərir.

Maraqlısı budur ki, o, kitabında cibində bir qəpik olmayan adamın necə varlana biləcəyindən də danışıb. Müəllif ulduz üçün vacib olan iki cəhəti qeyd edib: özünə əminlik və özünə irad bildirməyi bacarmaq.
Kitaba görə 100 min dollar qazanan Paris, tənqidçilərin iradından da yan keçməyib.

“Kişilər öyünəndə və tərləyəndə onlardan zəhləm gedir”.

“Hilton” imperiyası qurucusunun nəvəsi planetin ən nüfuzlu qadınları siyahısına əlavə olunub. O, yoqa, tennis və çanta dizaynı ilə məşğuldur. Paris bundan əlavə, xeyriyyəçilik və heyvanların müdafiəsi ilə fəal məşğul olur.

32 yaşlı Paris daim qalmaqal mərkəzindədir. Ən pis geyinən məşhurların siyahısında onun adı başçılıq edib. Bununla yanaşı, Paris bir neçə dəfə seksual qalmaqalların baş qəhrəmanı “mükafatına” layiq görülüb.

Paris Hilton başqa bir reytinqə də başçılıq edib: ən eqoist ulduz. O, sevdiyi insanlara göstərdiyi münasibətinə görə bu titula layiq görülüb.

Onun heç bir sevgi romanı il yarımdan artıq sürməyib. O, bir neçə dəfə nişanını pozaraq, müstəqil qadın imicindən imtina etməyib. On iki dəfə aşiq olan Paris Hilton 2000-ci ildə aktrisa Pamela Andersonun hazırki əri Rik Salmonla sevgi münasibətində olub. Onlar ayrıldıqdan 3 il sonra internetdə intim videoları yayılıb. Paris və Rikin seksual videosu hətta DVD şəklində buraxılmağa başlanıb. Müğənni keçmiş sevgilisi Salmonu məhkəməyə verməklə videonun satışını dayandırmağı tələb edib. Qalmaqallı video məhkəmə zalına kimi gedib çıxıb. Məhkəmənin qərarı ilə Salmon kompensasiya kimi 400 min dollar ödəməli idi. Paris bu pulları xeyriyyəçiliyə ayıracağını da bildirib. Lakin Paris keçmiş sevgilisindən heç bir qəpik də ala bilməyib. İntim video buraxıldığı il Paris düz bir il sevişməyəcəyi ilə bağlı əhd edib...

Parisin 2003-2005-ci illərdə düz 2 dəfə nişanlanıb, lakin o, evlilik həyatına hələ də qədəm qoya bilməyib. Ümumiyyətlə, Parisin həyatı elə yeniyetməlikdən seks qalmaqallarında hallanır. Onunla olan hər kişi Parisin çılpaq və intim şəkillərini nümayiş etdirməyə can atır. Naməlum şəxs tərəfindən yerləşdirilmiş intim videoda gənclərin 18 yaşlı Parislə istədiklərini edib, onu ələ saldıqları aydın görünür. Belə bir qalmaqal yaranandan sonra Paris bir daha kiminsə onun çılpaq bədənini görməyəcəyini bəyan edib. Elə buna görə də o, bir neçə reklam çarxında və filmlərdə çəkilməkdən imtina edib.

2006-cı ildə isə sarışın qızın qanunlarla problemi çıxıb. Paris avtomobili içkili vəziyyətdə sürdüyü üçün 1,5 min dollar cərimə olunub. Bundan əlavə, o, 36 ay ərzində özünü “ağıllı” aparmalı idi.

Amma heç bir cərimə Parisi öz yolundan döndərə və düzəldə bilməz.
2007-ci ildə Paris bir daha yol hərəkət qaydalarını pozur. 1 aydan sonra isə sürət həddini aşmaqda ittiham olunur. Elə həmin il məhkəmə Parisi günahkar bilərək qəti həbs cəzası kəsir.

Barmaqlıqlar arxasında Paris 45 sutka oturmalı idi. 4 gündən sonra Parisin səhhətində problem yarandığından o, həbsdən azad olunur və ev dustağı kimi saxlanılır...

Bir dəfə Paris Hiltonun poker oyunlarında 175 min dollar dəyərində olan “Bentley Continental” avtomobilini uduzur. Bundan sonra Paris qumar oyunları asılılığından azad olunmaq üçün psixoloqun yanında müalicə kursu keçir.

“Qadının necə görünməsi önəmli deyil. Əgər o, özünə əmindirsə, demək, seksualdır...

Mən ilk dəfə Wal-Mart-a (dünyanın ən böyük pərakəndə satış şirkəti) getdim. Bu vaxta kimi orada yalnız divar kağızlarının satıldığını güman etmişəm. Heç zaman düşünməzdim ki, mağazada hər şey satılır. Siz oradan ucuz qiymətə hər şey ala bilərsiniz...

Mən Hiltonun nəvəsi kimi məşhur olmaq istəmirəm. Mən Paris kimi məşhur olmaq istəyirəm...”

Bir çoxlarının Paris Hiltonu görməyə gözləri yoxdur. Onlar sarışın, ərköyün qızı narsizim, səthi ağıl və əşyaları insanlardan daha çox sevməkdə ittiham edirlər. Lakin Parisin fikrincə, pis reklam olmur və bütün bunlar imic üçündür...

Paris Hilton, həqiqətən də, huşsuz qızdır. Qlamur sarışın günlərin birində itini qonaq getdiyi evdə unudub. İtinin itkin düşdüyünü zənn edən Paris Los-Ancelesin bütün küçələrinə elan yapışdırıb. Sonradan məlum olub ki, Paris itini qonaq getdiyi evdə unudub.

2007-ci ildə Paris öldükdən sonra dondurulmaq istədiyini bəyan edib. O, deyib: “Bunun sayəsində mənim həyatım yüz, bəlkə də, min il daha da uzanır”.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR