Sevgililərini arvadıyla bölüşən məşhur rok ifaçısının həyat hekayəsi – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Sevgililərini arvadıyla bölüşən məşhur rok ifaçısının həyat hekayəsi – FOTOLAR

Qocaman ingilis centlmeni səksənib yuxudan oyandı. O, uzun müddət qaranlıqda uzanaraq, pəncərədən Alp dağlarına düşən zərif aprel günəşinin şəfəqinə tamaşa etməyə başladı. Bu kiçik kənd evi 24 saat nəzarətedici kamera və cangüdənlərlə əhatələnmişdi. Lakin bununla belə, Devid Boui yenə də təlaş içində idi...

“Bizim tərcümə” layihəsi bu gün 68 yaşını qeyd edən ingilis musiqiçisi Devid Bouinin həyat hekayəsini təqdim edir.

Əvvəllər kənd evini mühafizə etməyə ehtiyac yox idi. Sonradan isə Devid baş nazir Toni Blerin evi kimi bütün pulunu ən son mühafizə sistemlərinə xərcləməyə başladı. Axı Boui dünyanın ən imkanlı musiqiçilərindən biridir. Bununla belə, heç bir cangüdən Bouini qorxunc yuxulardan qoruya bilmirdi...

O, yuxuda özünü qəribə səslərin gəldiyi qəfəsəbənzər ağ otaqda görürdü. Sonra isə güclü tufan başlayır və Devid onu incidən və ələ salan insanların əlindən qaçmağa başlayır. Boui bütün bu hadisələrə kənardan baxır. İnsan axının əlindən qaçdıqdan sonra o, dəmiryol stansiyasına yaxınlaşır. Qəfildən o, relslərin üzərinə bir insan görür. Həmin insan başını relsin üzərinə qoyaraq yaxınlaşan qatarın altında həyatına son qoymaq istəyirdi. Boui həmin adamı tanıyırdı... Qatar yaxınlaşırdı, yaxınlaşırdı... Boui isə qışqıraraq həmin adamın həyatını xilas etməyə çalışırdı. Amma heç vaxt xilas edə bilmirdi...

Bu qorxulu yuxunu artıq 20 gün idi ki, detallarınadək təkrar-təkrar görürdü. Yuxu həmişəki kimi belə sona çatırdı: relsin üzərində kəsilmiş baş, qan gölməçəsi, cingiltili metal səsi və boğucu qaranlıq...

Devid qorxulu yuxunu öz keçmişi ilə əlaqələndirə bilərdi. Necə olsa, Devid həyatının çox hissəsini narkotik maddələrdən asılılıqda keçirib. Bununla belə, yuxuları onu qorxudurdu, çünki bu hadisələr gerçəkdə də baş verib. Düzdür, hadisə onun özünün yox, Terri Bernsin başına gəlib.

Geniş publika Devid Bouinin əsl adının Devid Robert Cons olduğundan və onun şizofrenik ögey qardaşının varlığından xəbərsiz idi. O, təxəllüsünü sevimli “boui” bıçağının şərəfinə götürmüşdü. Nə zamansa ögey qardaşı Terri onun ən yaxın dostu idi. Terri ondan 10 yaş böyük olduğu üçün Bouiyə, necə deyərlər, həyat dərsi keçirdi: qızlarla necə tanış olmaq olar, səni incidən insanının sifətinə necə zərbə endirə bilərsən və sair.

Devid böyüdükdən sonra Terri məktəb divarlarından kənarda başqa bir dünyanın mövcud olması haqda danışmaqla onun gözlərini açdı. Orada rok-n-rol musiqi səsləndirilir və “Tutti-Frutti” plastikası nümayiş etdirilir. Dərsə getmək əvəzinə qəhvə içmək, caza qulaq asmaq, musiqi haqda danışmaq olardı. Devidin ağzı açıla qalardı. Terridə dəlilik əlamətləri görünənə qədər...

Əvvəlcə hər şey öz qaydasında gedirdi: Terri hər şeydən şikayət edir, həyata nifrət etdiyini və yaramaz olduğunu deyirdi. Şikayətlər getdikcə artmağa başladı. Sonra isə Devid onun şizofreniya və manyakal-depressiv psixoz diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini öyrəndi. Terri bir neçə il orada qalmalı idi və yaxınları belə onun yanına müəyyən olunmuş saatda gələ bilərdilər...

Devid ona baş çəkərdi. Lakin vizitlərin sayı getdikcə azalmağa başladı. Terri qəfəsdə oturub ona baxaraq deyirdi: “Dev, sən bir də nə vaxt gələcəksən?” Rok ulduzuna çevrildikdən sonra Devid bədbəxt qardaşını unutmağa çalışır, ona cavab vermirdi. Terri isə günbəgün cürbəcür səslər eşidir, kiminsə onu öldürməyə hazırlaşdığını iddia edirdi. Həkimlər onun sağalmaz xəstəliyə düçar olduğunu anlatdılar və onu ömrünün sonuna qədər bu cür yaşama boyun əydi.

1984-cü ilin yazında daha qorxulu hadisə baş verdi. Terri necəsə dəlixana pəncərəsinin qəfəsini qıraraq dəmiryol stansiyasına tərəf qaçdı və başını relslərin üzərinə qoydu. Xoşbəxtlikdən, onu xilas etmək oldu, yol baxıcısı onu kənara itələyə bildi. Terri intiharın qarşısı alındığı üçün əsəbiləşdi, qışqırdı. Sonra isə Terri hansısa həbləri qəbul etdi. Xəstəxanada mədəsi yuyulduqdan sonra Terri ikinci dəfə həyata qayıtdı. Lakin 2 həftədən sonra Böyük Britaniyada tufan qopur və psixiatrik xəstəxana nəzarətçilərindən yarısı evə göndərilir. Terri fürsətdən istifadə edərək yenidən qaçır... Bu dəfə qatar Terrinin başını bədənindən ayırır. Onun meyitini heç yaxınlarına da göstərmədilər...

...Boui yerindən qalxıb qəhvə içir və güzgüdə əksinə tamaşa etməyə başlayır. Güzgüdən ona bahalı xalat geyinmiş hündür, arıq kişi baxırdı. Devid dünyada ən çox dəli olmaqdan qorxurdu. Qorxu üçün əsas da vardı: təəssüf ki, ailəsi dəlilərdən bol idi. Ruhi dispanserdə “şizofreniya” diaqnozu ilə saxlanılan xalası intihar etmişdi. O biri xalası dərin depressiyadan əziyyət çəkirdi. Bouinin üçüncü xalasına gəncliyində lobotamiyaya (neyro-cərrahi əməliyyat) məruz qalmışdı. Nənəsi əmin edirdi ki, ağlı üstündədir. Babası isə hər zaman fəxrlə İkinci Dünya müharibəsindəki iştirakından danışardı. Halbuki hamı bilirdi ki, o, heç zaman müharibədə olmayıb. Devidin anası isterikaya düşər, ərinin üstünə hücum çəkib, onu ən pis sözlərlə təhqir edərdi. Onların səsini bütün küçə eşidərdi. Bir yandan da Terri...

Ehtimal nəzəriyyəsinə görə, Devidin normal qalmaq şansları az idi. Elə buna görə də, Devid rok musiqi ilə məşğul olurdu. Bəlkə, gitaranın möhkəm səsi, barabanın taqqıltısı Devidinin beynində hər hansı kənar səslərin yaranmasına maneçilik yarada. Hər necə olsa belə, Devid istedadlıdır. O, musiqi bəstələyir və özü oxuyardı. Bundan əlavə, Devid səhnədə də yaxşı görünür. Bununla belə, o, mikrofon qarşısında çıxış etməkdən qorxur. Qorxur ki, birdən ağzından xoşagəlməz bir söz çıxara...

Boui irsi dəlilikdən qaça bilmirdi. Arada uçan boşqab görür, ulduzların onunla söhbətləşdiyini deyirdi. Hətta bunun üçün o, teleskop da aldı. Bu həm məzəli, həm də qorxulu idi. Beynindəki səslər ona mahnı sözlərinin sətirlərini deyirdi. Lakin birdən səslər ona pis bir şey etməyə yönləndirdi? Bax, Devidin qorxusu bu idi. Onda Devid özü-özündən qaçmağa başladı. Rok musiqi...

Devid narkotik maddələr qəbul etməyə və otel nömrələrində dava salmağa başladı. Devidin musiqiləri hələ tanınmırdı. Hətta elə bir zaman gəldi ki, onun cibində 1 qara qəpik də yox idi. Lakin Devidin dəmir inancı vardı: nə vaxtsa o, çox məşhur olacaq. Onun beyninə maraqlı bir ideya – obraz gəldi: Ziqqi Stardast (Ziqqi Ulduz Yolu). O, qırmızı dar lasin, şəffaf rəngli kofta geyinməyə başladı. Saçlarını qırmızı rəngə boyayıb alnına disk yapışdırdı. Ziqqi yadplanetli idi və rok musiqisi ilə bəşəriyyəti xilas etmək üçün Marsdan gəlmişdi. Bundan sonra Boui qəzetlərin gündəmindən düşmədi. Ziqqi qəribə, alabəzək varlıq idi və səs-küylü mahnılar oxuyardı. Əvvəlcə Böyük Britaniya, sonra isə bütün dünyanın yeniyetmələri sanki dəli olmuşdu. Hər bir yeniyetmənin otağının divarından Ziqqinin plakatı asılmışdı. Ziqqinin konsertlərində oğlanlar və qızlar saçlarını qırmızı rəngə boyayıb, alnına plastik disk yapışdırırdılar. Onun konsertindəki pərəstişkarlar hamısı bir-birinə bənzəyirdi. Boui artıq sözünü deyirdi. Dünən cibində siçanlar dolaşan ifaçı bu gün milyonların içində üzürdü.

Bundan əlavə, o evlənməyə də vaxt tapdı. Devid Anjelanı gecə klubunda gördü və ona ilk baxışdan vuruldu. Anjelanın 19, Devidin isə 22 yaşı vardı. Qızın çinsayağı gözləri, şəffaf geyimi və iblisanə gülüşü vardı. Bir il görüşdükdən sonra onlar evləndilər. Cütlüyün Zoui adlı oğlu dünyaya gəlir. “Ad Bouiyə qafiyə gəldiyi üçün yox, yunan dilindən “zoe” həyat mənasını verdiyi üçün qoyulub”. Boui belə deyirdi. Əgər Zoui böyüyəndə adını bəyənməsə, alternativ variantı da vardı: valideynləri daha iki ad əlavə etdilər: Dunkan Heyvud. İş elə gətirdi ki, uşaq böyüdükdən sonra Zoui Dunkan və Heyvud adlarının heç biri onun xoşuna gəlmədiyi üçün özünü Coui adlandırdı.

Ziqqi Stardastın oriyentasiyası hamıya bəlli idi, lakin... Bouinin öz oriyentasiyası sual altında idi. O, ictimaiyyət qarşısında çıxış edərək gey olduğunu etiraf edirdi və bununla qürur duyurdu. 1972-ci ildə homoseksualizm normal qarşılanırdı. Amma bunu bir oğlu olan evli kişinin etiraf etməsi bütün çərçivələrdən kənara çıxırdı. Qısası deyək, Boui həm qızlarla, həm də oğlanlarla yatırdı. Eləcə də onun arvadı... Onlar tez-tez sevgililərini də bir-biri ilə bölüşürdülər. Elə olurdu ki, onlar üçlük, beşlikdə yatardı... Anjela lezbiyan klubların, Devid isə gey əyləncələrin kralına çevrilmişdi.

Marsdan gələn Ziqqi obrazlı Devid öz kimliyini gizlətməyə çalışırdı. Axı o, hündürlükdən, təyyarədə uçmaqdan, mehmanxananın hündür mərtəbəsindən qorxurdu. Amerikaya yalnız gəmi ilə gəlir, şəhərdən şəhərə isə avtomobildə gedərdi. Yaponiyaya gedib çıxmaq üçün az qala dünya turunu başa vurdu: paroxod, avtobus, qatar. Boui pullarını sağa-sola kor-koranə səpələyirdi. Turlara onunla birlikdə 50-dən çox insan yollanırdı. Onun hesabına pərəstişkarlar, narkodillerlər, astroloqlar, xiromantlar və işi-gücü məlum olmayan bir yığın insan gedərdi.

O, bu qədər insanın əhatəsində olmasına baxmayaraq, yuxularında qatar və qanlı baş görməkdə davam edərdi. Qəlbinin dərinliyində tənha olan Devidin qorxulu yuxuları Somali əsilli qaradərili model İman Məhəmməd Abdülməcidə rast gələnə qədər davam etdi. Anjela ərinin xəyanətlərindən cana gəlmişdi. Devid çirkin Koko Şvabla arvadına xəyanət etməsi Anjelanın səbir kasasını daşırdı. Boşanma prosesi 750 min dollara baha başa gəldi. Məhkəmədə Anjela keçmiş ərindən intiqam almaq üçün hiyləgər yol seçdi. O, Devidin öz doğma oğlu ilə yatdığını iddia edirdi. Lakin məhkəmə zalına səliqəli kostyumda gələn Devid hakimə arvadının elə fotolarını göstərdi ki, bununla da məhkəmə prosesi bitmiş hesab olundu...

Devid həmişə ekzotik qadınları sevib. 1990-cı ildə onun İmanla sevgi macərasını növbəti əyləncə hesab edənlər də vardı. 30 yaşlı İman dirilmiş Nefertitiyə bənzəyirdi. Devidin leksikonunda “sevgi” sözü yox idi. Lakin 40 yaşlı milyarder Afrikada dünyaya gələn və 5 dildə sərbəst danışa bilən qadına heyran idi. Onların o qədər oxşar cəhətləri vardı ki, Devid bütün işini ataraq onun yanına qaçırdı. Gününü içmək və pərəstişkar ordusu arasında keçirən Devid dəyişdi. İlahi! O, İmanın pəncərəsi altında serenada belə ifa etdi. İman onunla bir şərtlə evlənməyə razılıq verdi: Devid QİÇS xəstəliyindən analiz verməli idi...

Budur, onlar artıq 23 ildir ki, evlidir. Devid hər şeyi qəfildən anladı: İmanın ağuşunda o, bir dəfə də olsun qorxulu yuxularını görmür...

Tərcümə: Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm