• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Hər bir böyük sevginin arxasında böyük hekayə durur”

“Hər bir böyük sevginin arxasında böyük hekayə durur”

"Bu kino ki var" layihəsi tanınmış yazıçı və bestseller kitabların müəllifi Nikolas Sparksın 2004-cü ildə eyni adlı əsəri üzərində qurulmuş "Yaddaş gündəliyi" (The Notebook) filmindən sitatları təqdim edir. Bu təsirli sevgi hekayəsi indiyədək bir çoxlarını göz yaşlarına düçar edir.

Kitab kimi film də dərin və unudulmaz həyati hikmətlərlə zəngindir.

İki saatlıq filmdə baş rolları Reyçel Makadams və Rayan Qoslinq ifa edib.

Qadınlar kişinin onların gözlərinə baxmaqla onun başqa bir qadın haqda fikirləşdiyini hiss edir.

- De ki, mən sərçəyəm.

- Sən sərçəsən.

- İndi isə de ki, sən sərçəsən.

- Əgər sən sərçəsənsə, onda mən də sərçəyəm.

Xəstəlik, hər halda, mənim üçün nisbi anlayışdır. Mən onu saralıb-solmanın ümumi prosesi kimi qəbul edirəm.

- Nəyə görə sən mənə yazmırdın?

- Nə?

- Nəyə görə? Axı hələ heç nə bitməmişdi! Mən səni düz 7 il idi ki, gözləyirdim. İndi isə artıq gecdir!

-...

- Sən mənə yazmışdın?

- Hə! Aramızda heç nə bitməmişdi! Və indi də bitməyib.

- Mənim 3 variantım var! Birincisi, onu güllələmək. İkincisi, onu ölüncəyə qədər döymək. Və üçüncüsü də, səninlə qalmaq... Lakin bunların da heç biri bir işə yaramır, çünki hər halda, mən səni saxlamayacağam. Lakin heç nəyə baxmayaraq, səni sevirəm.

- Mən də səni sevirəm.

- Mən ilk dəqiqədən buna əmin idim.

- Mən də. Ancaq Noyanın yanında olanda sanki başqa bir insan oluram, səninlə isə tamam başqa cürdür!

- Əzizim Eli... Bu gün mən yata bilmirdim, çünki aramızda hər şeyin bitdiyini dərk edirdim. Lakin heç bir ağrı yoxdur. Axı mən bilirdim ki, baş verənlər həqiqətdir. Əgər uzaq gələcəkdə görüşəsi olsaq, sənə gülümsəyib yaşananları xatırlayacağam... Yeganə yayımızı necə birgə keçirdik, bir-birimizdən yetişkənlik və sevgi haqda necə öyrəndik...

- Mən səndən xahiş edirəm... Öz həyatını təsəvvür et... 30-40 ildən sonra... Həyatın necədir? Əgər həyatında o yoxdursa, çıx get! Çıx get, mən səni bir dəfə itirmişəm, buna da dözərəm, əgər sən bunları istəyirsənsə, asan çıxış yolu axtarma...

- Asan yol? Asan yol olmur! Mənim istənilən hərəkətim kimisə incidəcək.

- Sən nə etməyə hazırlaşırsan?

- Mən bilmirəm...

- Geriyə qayıdacaqsan? Əvvəlki həyata? Bu son 2 günün sənin üçün əhəmiyyəti olmadı? Bu günlər sanki olmayıb...

- Son 2 gün qeyri-adi, lakin eyni zamanda da məsuliyyətsiz idi...

- Bu, sadəcə, yayda baş verən sevgi romanı idi.

-Yox, bu bir bəla idi!

-Mən burada dəli oluram, ancaq görünür ki, heç sənin vecinə də deyil!

- Mən bivec deyiləm. Mən səni sevirəm.

-Sən gözəlsən, o gözəldir, mən isə bir möcüzəyəm!

-Səncə, əsl sevgi möcüzə yarada bilər?

- Əlbəttə, yarada bilər. Yalnız möcüzə səni mənə qaytara bilər.

- Sən elə fikirləşirsən ki, bizim sevgimiz ikimizi də əhatə edə bilər?

- Bizim sevgimiz üçün mümkün olmayan şey yoxdur.

Mən sənə 365 məktub yazmışam... Mən sənə hər gün, hər il məktub yazmışam!

Nəzəri cəhətdən milyonlarıa insanın arasındayıq, amma elə fahişələrlə yaşayırıq.

- Cəhənnəmə göndərdiyiniz daha geri qayıtmır.

- Hamı mənə belə deyir.

- Mən sizi illüziyalarınızdan xilas etməyə çalışıram.

- Çox sağ olun, həkim. Ancaq bilirsiniz, tibb gücsüz olanda Allah peyda olur.

- Səhər yeməyini yemək istəyirsən?

- Səhər yeməyi? İndi axşam saat 10-dur.

- Nə olsun ki? Fəsəlini günün istənilən vaxtı yemək olar.

Başqalarının nə istədiyi haqda düşünmək kifayətdir! Fikirləşmə ki, mən nə istəyirəm, o oğlan, valideynlərim nə istəyir... Sən nə istəyirsən?

Bu, şübhə və ehtiyat tədbirləri ilə silahlanaraq uzun yola düşən və hadisələrin nəticələri haqda düşünməyən sevgililərin diqqətəlayiq duetidir.

-Sən mənimlə qalırsan?

-Səninlə qalmaq? Nəyə görə? Biz axı bütün günü dalaşırıq.

-Demək, buna görə! Biz çox dalaşırıq! Sən mənə "özündənrazı əclaf", mən isə sənə "zəhlətökən" deyirəm. Nə olsun ki? Sən onsuz da həmişə beləsən! Mən səni incitməkdən qorxmuram. Sən iki saniyə sakitləşirsən, sonra yenidən məni özümdən çıxardırsan!

-Nəticə?

-Həyat heç də asan olmayacaq, əksinə, daha da çətinləşəcək. Bununla hər gün mübarizə aparmalı olacağıq, lakin mən mübarizə aparacağam, çünki sənə ehtiyacım var! Mən istəyirəm ki, sən hər dəqiqə mənim yanımda olasan, əbədi!

Mən getməyəcəm. İndi mənim evim buradır. Sizin ananız mənim evimdir.

Mən sənə istədiyin hər bir şeyi vermək istərdim,düzdür. Lakin heç nə yoxdur. Hər şey məhv olub.

Yay romanları müxtəlif səbəblərə bitir. Nə qədər deyirsən, hərəkət edirsən, ancaq nəticə eyni cürdür. Bu sanki ulduz axmasıdır – tez ötüb keçən səmada işartı məqamı və sonda heç nə...

Siz özünüzü tükənmiş insan kimi hiss edirsiniz? Qəm yeməyin. Çünki heç nə yoxa çıxmır və yoxa da çıxa bilməz. Taqətdən düşmüş bədən və sönmüş qəlb... Sanki közərməkdə olan alov müəyyən vaxt alışa bilər.

-Mən məzəli, fikirli, ağıllı, mövhumatçı, cəsarətli, şux ola bilirəm... Ürəyin necə istəyir ola, bilərəm... Lakin mən sənin istədiyin kimi olacağam.

-Gicbəsər...

-Gicbəsər də olaram.

Tez ötüb keçən dolaşıq gözəllik siyahısını mən yaddaşımda saxlayıram, həyat, həqiqi poeziya, sözlərlə əks olunmuş dünya üçün içirəm... Sakit gecənin sadəlövh poeması: az söz, anlaşılmazlıq, qeyri-müəyyənlik...

Sən barmaqlarınla mənə toxunduqda, nəfəsim dərhal donur. Gicgahımda nəbzim döyünür, bu başdan ayağa kimi davam edir və mən hərəkət edə bilmirəm...

Əgər sən sevdiyin insanı itirmək üzrəsənsə, cəsarətini topla və onu burax...

Mən qeyri-adi həyat yaşamış tamamilə sadə insanam. Mənə heykəl qoymayacaqlar və adımı da tezliklə unudacaqlar... Hər halda, mən sevgini qəbul etdim və bu, mənim üçün kifayətdir...

Sevgi istənilən möcüzəni yaratmağa qadirdir.

Onlar tez-tez bir-biri ilə mübahisə edərdi. Əslində, onlar heç bir məsələdə razılığa gələ bilmirdilər. Aralarında daim mübarizə gedərdi, hər gün bir-birinin əsəbləri ilə oynayardılar... Lakin aralarında olan fərqə baxmayaraq, hər ikisini bir şey birləşdirirdi – onlar bir-birilərindən ötrü dəli-divanə idilər.


-Problemdə bax bundadır. Sən heç vaxt istədiyini etmirsən.

-Yaxşı birdən maşın üstümüzdən keçdi?

-Öləcəksən.

-Nəəə?

-Qorxma, sadəcə inan. İnanmağı öyrən.

-Getdin?

-Getdim.

-İndi təsəvvür edirəm o necə də pis oldu.

-Özü də çox.

-Lakin fikirləşirdin ki, düzgün hərəkət etmisən.

-Hə.

-Yaxşısı budur başqasının həyatına burun soxan valideynlərini rədd edəydin!

-Hə, siz haqlısınız. Bunu da yoxlamağa dəyərdi.

-Bu sənə elə gəlir.

-Mən onu sevirəm.

-Sənin 17 yaşın var, sevgi haqda heç nə bilmirsən.

-Məgər sən bilirsən? Atamla sən bir-birinizə mən Noaya baxdığım kimi baxışmırsız. Siz gülmürsünüz, dəlilik etmirsiniz, qucaqlaşmırsınız. Ancaq sevgi haqda hər şey bilirsən?!

-Siz məgər bir-birinizi sevirsiniz?

-Mən sənə deyirdim axı burada hər yer sevgi ilə əhatələnib.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR