Plastik əməliyyat etdirməyən ULDUZLAR - FOTO
Bu Hollivud aktrisaları əbədi gəncliyin arxasınca getmir, həyatdan həzz alır və gözəlliyin individual olduğunu öz nümunələri ilə sübut edir.
Publika.az oxucuları plastik əməliyyat etdirməyən dünya ulduzları ilə tanış edir.
Helen Mirren
src="/storage/files/upload/add5df3cf52e4ea0bef291bb74a3aa55174538d4.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
76 yaşlı Helen Mirren gözəl yaşlanmağın bariz nümunəsidir. Aktrisaya kinoda hələ də tələbat var və gözəllik brendləri ilə reklam müqavilələri ondan yan keçmir. O, cavanlaşmadığını başa düşsə də, etiraf edir ki, özünü yaşlı hesab etmir. Ancaq o da aydın görünür ki, dünya ulduzu yaşlandıqca, özünü daha inamlı və cəlbedici hiss etməyə başlayıb.
Meril Strip
src="/storage/files/upload/00a05abc5286b0ad1ed195be7c859f5fdf9a76d7.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Merilin 72 yaşı olsa da, yaşından və üzündəki qırışlardan heç də utanmır. Aktrisa müsahibələrinin birində dilə gətirib ki, məktəb illərində niyə digər qızlar kimi gözəl olmadığı barədə çox düşünüb. Ancaq bir anda buna vaxt itirməkdən yorulub və özünü olduğu kimi qəbul etməyə qərar verib. İndi Strip plastik cərrahların xidmətindən istifadə edən həmkarlarına gülür və bunu böyük axmaqlıq hesab edir.
Culiya Roberts
src="/storage/files/upload/76002a1675b8bc4da6e86d8d39b69b88c1d0c65f.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
“Gözəlçə” filminin ulduzu bir dəfə demişdi ki, plastik əməliyyat etdirməyəcəyinə dair söz vermək istəmir, çünki həyatda hər şey ola bilər. Amma bu günə kimi o, cərrahiyə otağının astanasından keçməyib. Üstəlik, Culiya hesab edir ki, insanın üzü onun sahibi və həqiqətən kim olduğu haqqında danışmalıdır, bir mütəxəssisin yanında neçə dəfə olduğunu deyil.
Keyt Blanşet
src="/storage/files/upload/fc66c7ead1630ec169bc1ec710f1a5c33bc7258a.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Deyirlər ki, Keytin 1997-ci ildən evli olduğu əri - Endryu Apton Blanşetə plastik cərraha müraciət etməyi qadağan edib. Və ona eyham vurub ki, cərrah masasına uzanarsa, boşanacaq. Zarafat bir yana, aktrisa heç vaxt xarici görünüşünü yaxşılaşdıracağını vəd edən plastik əməliyyat və kosmetoloji müdaxilələrdən istifadə etməyib. O, hətta botoks və digər gözəllik inyeksiyalarının əleyhinədir və izah edir ki, idman etməklə, düzgün qidalanmaqla və təbii kosmetikadan istifadə etməklə gözəl görünə bilirsinizsə, digər prosedurlara ehtiyac yoxdur.
Keyt Uinslet
src="/storage/files/upload/269ee3b8e6ec303d81e21c6c502c38d856cf5e08.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
45 yaşlı Keyt gözəlləşdirmə və cavanlaşma üçün plastik əməliyyatlara açıq şəkildə qarşı çıxır. O, hətta dostları Emma Tompson və Reyçel Vays ilə birlikdə Plastik Cərrahiyyəyə Qarşı Britaniya Liqasını yaradıb. Uinslet üzündə aktrisalıq karyerasını pozacaq ifadə istəmir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































