59 yaşlı Aydan Şenerin cavanlıq SİRRİ - FOTO
“Yeşilçam” məşhur aktrisası Aydan Şener qənirsiz gözəlliyi ilə illərə meydan oxuyur. Ulduz hesab edir ki, cavan görünməsi daxili gözəlliyi ilə sıx bağlıdır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ekranlarda görünməyən 59 yaşlı aktrisa jurnalistlərə müsahibəsində teatr tamaşalarında rol aldığını, eyni zamanda film çəkilişləri üçün darıxdığını qeyd edib. Ulduz sənətkar eyni zamanda gözəllik sirlərindən də danışıb.
“Teatrda komediyada oynamışam. Ustadların dediyinə görə, çox yaxşıyam. Komediyanı çox sevirəm. Televiziyada isə heç vaxt komediyada oynamamışam. Rejissorlar məni dramatik rollarda görməyi sevir. Amma komediyada iddialıyam, gülüb-əylənməsi sevən bir insanam” , - aktrisa qeyd edib.
Daha sonra sənətkar gözəllik sirlərindən danışıb:
“Özümlə barışıq içindəyəm, özümü sevirəm. İnsanlar yaşlandıqca anlayırlar ki, əvvəllər onu narahat edən məsələlər əslində heç də böyük problem deyil. Məncə, bu həyatda ən vacib şey indiki anın həzzidir. Bu fani dünyanı bir gün hamımız tərk edəcəyik. Gözəl xatirələr buraxmaq istəyirəm. İnsanlara qarşı həmişə dözümlü olmağa çalışıram”.
Məlumat üçün bildirək ki, aktrisa “Çalıquşu” serialı sayəsində məşhurlaşıb. O, 1981-ci ildə isə Türkiyə gözəli seçilib.
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?





























.jpg)








