Benjamin Batton effekti: Dərinin qocalmasını necə ləngitmək olar?
Dərinin elastikliyini qorumaq bütün dünyada qadınların cavabını ən çox axtardığı suallardan biridir. Üz, boyun və əllərin dərisi dərhal yaşınızı ələ verir, eyni zamanda qocalma prosesi onlarda daha tez başlayır. Kosmetoloqun köməyilə düzgün seçilmiş proesdurlar sayəsində qocalma prosesini ləngidə biləcəyinizi düşünürsünüzsə, səhv edirsiniz. Dərinin gənc qalması üçün, ilk növbədə, sağlamlığınıza fikir verməlisiniz. Şəkər və un məmulatları yeməyə davam etsəniz, heç bir prosedur arzuladığınız nəticəni verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə qocalma əleyhinə tibb üzrə mütəxəssis Olqa Qofman danışıb. Ekspertin sözlərinə görə, üzün yaşlaşanda belə gözəl görünməsi üçün onun dörd qatına qulluq etməlisiniz: dəri, dərialtı yağ, əzələlər və vətərlər!
src="/storage/files/upload/4b467350e22750559be9586182649a640aef59f5.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Əzələlər
Əzələ təbəqəsi ən çox genetika və testosteron səviyyələri ilə müəyyən edilir. Yaxşı testosteron səviyyəsi olan insanlar gözəl üz formasını təmin edən çoxlu əzələ toxumasına malikdirlər. Ancaq əzələlərimizi daim elastik vəziyyətdə saxlamaq üçün əlavə olaraq protein amin turşusu həblərindən, xüsusən də, zərdab proteinindən istifadə edə bilərik. Cavan və elastik dəriyə malik olmaq üçün testosteron və böyümə hormonu səviyyələrini daim nəzarətdə saxlamaq vacibdir.
Vətərlər
Vətərləri yaxşı vəziyyətdə saxlamaq üçün kollagen əlavələrinə diqqət yetirməlisiniz. Həmçinin gialuron turşusu xondroitin sulfat əlavələri ilə birləşdirici toxumaları gücləndirə bilərsiniz. Bundan əlavə, tərkibində çox miqdarda kollagen olan sümük bulyonunu rasiona daxil etməyiniz məsləhətdir.
Təbii ki, mədə-bağırsaq traktımız qaydasında olduqda, kollagen və digər amin turşuları sovrulur. Yalnız kollagenin qəbulunu deyil, həm də B vitaminləri, maqnezium, sink, misin qəbulunu nəzərə almaq və onların orqanizmə daxil olmasını təmin etmək lazımdır. Təəssüf ki, genetika birləşdirici toxumanın zəifliyinə də təsir edir, gənc dəri üçün bu amillə mübarizə aparmaq daha çətindir.
Dərialtı yağ
Bu təbəqə digər hormonların - estrogenlərin, böyümə hormonlarının səviyyəsindən, həmçinin qidalanma növündən və bədənin yağları udmaq və həzm etmək qabiliyyətindən asılıdır. Əgər dərialtı yağ çatışmazlığı varsa, təbəqənin vəziyyətini yaxşılaşdıra bilərik. Buna ilk növbədə qidaların sayəsində nail olmaq olar. Pəhrizinizə sağlam yağlar daxil edin: zeytun və kərə yağı, avokado, bəzi heyvan yağları. Kətan toxumu da estrogenlə əlaqəli hormonal fona kömək edir.
Dəri
Dərinin özü yalnız daxili və hormonal dəyişikliklərə deyil, həm də xarici dəyişikliklərə çox həssasdır. Qocalma, günəşə qarşı həssaslıq və ləkələr dəridə oksidləşdirici proseslərin başlaması nəticəsində meydana çıxır. Müxtəlif toksinlərin təsiri nəticəsində bizdə sərbəst radikallar əmələ gəlir ki, bu da hüceyrəni zədələyir, onun susuz qalmasına səbəb olur. Buna görə də dəri nəmliyini itirir və solur. Bunu dayandırmaq üçün karbohidratlar, emal edilmiş undan hazırlanan məhsulların istehlakını azaltmalı və rasiona daha çox tərəvəz, otlar, aşağı glisemik meyvə və giləmeyvə, yəni çox miqdarda antioksidant daxil etməlisiniz.
Dərinin bütün təbəqələrinin yüksək səviyyədə şəkərə həssas olduğunu xatırlamaq vacibdir. Bu da protein qlikasiyası prosesinə, əzələ və birləşdirici toxumanın məhvinə səbəb ola bilər. Qulağınızda sırğa edin ki, şəkərin miqdarını azaltmaq faydalıdır. Kompleks yanaşma, dərinin qayğısına həm zahirən, həm də daxildən qalmaqla hər bir qadın uzun illər dərisinin gözəlliyindən və cavanlığından həzz ala biləcək.
-
Qoroskop01:40Günün ulduz falı: rəqiblərinizin gizli planlarına qarşı sayıq olmalısız
-
ABŞ00:23ABŞ İrana hücumları 5 gün təxirə saldı - Səbəb bu imiş...
-
Dünya23 Mart 22:18Göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğradı - Yeniləndi
-
Dünya23 Mart 22:00İran ABŞ-a 5 bənddən ibarət ultimatum irəli sürdü
-
Region23 Mart 20:46İranın mühüm fiqurlarından biri evində məhv edildi - Video
-
Magazin223 Mart 18:24Gülşənlə yaşadığı qalmaqallı eşqlə tanınırdı: faciəli şəkildə öldü
-
Sosial23 Mart 17:06Sabah 40 min abonent qazsız qalacaq
-
Nida Xəbər 23 Mart 16:18Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik - XİN













.jpg)




.jpg)











.jpg)








