Gözəl və sağlam qaralmağın 5 qızıl qaydası
Dərinin daha yaxşı qaralması üçün onu günəşə hazırlamaq və sonra nəmləndirmək vacibdir.
Publika.az xəbər verir ki, bu sözləri gözəl və sağlam qaralmağın qaydalarından danışan kosmetoloq Zeynəb Mirzəyeva deyib. Sahənin mütəxəssisi dəriyə zərər vermədən günəş vannası qəbul etməyin yolları ilə yanaşı, fotoyaşlanmadan qaçmaq prinsiplərini də sadalayır.
“Birinci qayda: günəşdə UVB tipli ən təhlükəli ultrabənövşəyi şüalara qarşı qoruyucu kremdən istifadə etmək vacibdir. Mən 40 qoruma səviyyəsi olan məhsullardan istifadə etməyi tövsiyə edirəm. Dəri tonu tündləşdikcə, tədricən daha aşağı SPF-ə keçə bilərsiniz. Tünd dəriyə sahib olanlarsa SPF 30 olan məhsullardan başlaya və tədricən spf 8-10-a düşə bilərlər”, - Mirzəyeva deyib.
Bundan əlavə, dəri günəş vannası üçün hazırlanmalıdır. Dəridə melaninin yığılmasını asanlaşdırmaq üçün bədən skrabından istifadə edərək, onu çirklərdən və ölü hüceyrələrdən hərtərəfli təmizləməyə dəyər.
Üçüncü qayda: dərini yaxşı nəmləndirin, bunun üçün nəmləndirici kremlər və ya bədən südü uyğun gəlir”, - Mirzəyeva davam edib.
Mirzəyeva günəş vannasının müddətini tədricən artırmağı tövsiyə edir. “Birinci gün günəşin altında 20-30 dəqiqədən çox qalmamaq, sonra isə hər gün bu müddəti 5-10 dəqiqə artırmaq tövsiyə olunur. Burada hansı dəri tipinə sahib olduğunuzu nəzərə almaq lazımdır. Ağ dəri sahiblərinə həddindən artıq ehtiyatla günəş vannası qəbul etmək tövsiyə edilir, çünki dərinin piqmentasiyası və fotoyaşlanması ilə müşayiət olunan yanma riski çox yüksəkdir.
Günəş vannası üçün ən təhlükəli saatlar səhər 11-dən axşam 16-a qədərdir. Ən təhlükəsiz vaxt isə səhər və 16:00-dan sonradır”, - Mirzəyeva qeyd edib.
Sonda həkim su balansına nəzarət etməyi unutmamağı, dərinin qurumasının qarşısını almaq üçün kifayət qədər su içməyi tövsiyə edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


