Məşhur aktrisanı formada saxlayan qeyri-ənənəvi 3 formul
Keyt Blnaşet nadir hallarda çılpaq səhnələrdə çəkilir, qırmızı xalçada isə o, bir qayda olaraq dar kostyumlarda və açıq-saçıq paltarlarda görünür. Siluetini vurğulamağı sevən aktrisanın bu seçimlərinə əsasən əminliklə demək olar ki, o, əla fiziki formada qalmağı yaxşı bacarır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz nəinki müntəzəm şəkildə idmanla məşğul olur, həm də bir neçə on ildir ki, müəyyən qidalanma qaydalarına riayət edir. Onların sayəsində 53 yaşlı aktrisa heyrətamiz cavan görünür. Sizi Keytin menyusu ilə daha yaxından tanış olmağa dəvət edirik...
Səhəri qəhvə ilə açır
src="/storage/files/upload/b22509b66de0107a132c7d2604e0b4170efbaf3d.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Müsahibəsində Keyt Blanşet etiraf edib ki, onun üçün yaxşı gün bir fincan qara qəhvə ilə başlayır. O, mətbəxdə rahat kresloda tək oturub sakitcə xəbərləri nəzərdən keçirir. Dörd uşaq anası üçün bu, nadir hallarda baş verir. Odur ki, fürsət düşən kimi tənhalığın hər anından həzz almağa çalışır. Blanşetin fikrincə, günə düzgün köklənmək çox vacibdir. Bununla belə, o, həmişə qəhvəsini bitirdikdən sonra nəm balansını qorumaq üçün bir stəkan su içir.
Qırmızı ətə yox!
src="/storage/files/upload/54a51a758d3d18e567a561b02878aff745576ac6.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Qırmızı ət dəmir və B12 vitamini ilə zəngin olsa da, Keyt ondan tamamilə imtina edib, ulduz meyvə və tərəvəzlə zəngin menyuya üstünlük verir. Çətin həzm olunan qidaları müəyyənləşdirmək üçün test etdirən aktrisa əti də qadağan olunmuşların siyahısında görüb. Beləliklə, qırmızı ət yedikdən sonra özünü pis hiss etməsinin səbəbləri ona aydın olub. İkincisi, qırmızı ət ürək-damar xəstəlikləri ilə əlaqələndirilir ki, Blanşetin ailəsində belə bir problemlər var. Heç bir peşmançılıq duymadan bifşteklərlə vidalaşan aktrisa onları balıq, paxlalılar və qoz-fındıqla əvəz edib.
İpucu №3: Davamlı olaraq probiotik qidalar yeyin
src="/storage/files/upload/dcc3583bfda99c72fd9267c6fd89967f51299069.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Probiotiklər həzm sistemini, həmçinin bağırsaq mikroflorasını sağlam və balansda saxlayan dost bakteriyalardır. Bu, öz növbəsində, immun sistemini gücləndirir, qan təzyiqini aşağı salır, hətta narahatlıq və ya depressiyanı azalda bilir. Vizual nöqteyi-nəzərdən, probiotik bakteriyalar dərinin hamar və sağlam görünməsini təmin edir, həmçinin maddələr mübadiləsini artırır və əla fiziki formada qalmağınıza kömək edir. Buna görə Keyt gündə bir dəfə probiotiklərlə zəngin qidalar, o cümlədən, kimçi, duzlu kələm, kefir və ya qatıq yeməyə çalışır.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































