Dərini zədələyən iki ciddi SƏHV
Günəş vannası qəbul edərkən ən çox rast gəlinən səhvlər ultrabənövşəyi şüalanmada məhsulların yanlış seçilməsi və yanlış zamanda tətbiq edilməsidir.
Publika.az xəbər verir ki, bu barədə Ura.ru-ya dermatoloq Yuliya Qalliyamova danışıb.
“Dermatoloqlar şüadan qorunma ilə bağlı həyəcan təbili çalırlar. Heç kim kremdən istifadə etmir. 15 və ya 20 qorunma faktorlu kremlər dərini mühafizə etmir. Odur ki, 30 və 50+ SPF istifadə etmək lazımdır”, - həkim vurğulayıb.
Qalliyamova həmçinin xəbərdarlıq edib ki, istənilən mühafizə iki saat müddətində qüvvədədir. Onun sözlərinə görə, elm və beynəlxalq ictimaiyyət tərəfindən sübut olunub ki, məhsul iki saatdan bir yenilənməlidir. Eyni zamanda, aşağı mühafizəyə malik məhsullar, ümumiyyətlə, alınmamalıdır, çünki onlar profilaktik təsir göstərmirlər.
“Qızmar günəşli havada SPF 50 vasitələri uyğundur, şəhər şəraitində buludlu havada isə SPF 30 kifayətdir”, - həkim qeyd edib.
Dermatoloq əlavə edib ki, açıq rəngli gözləri, saçları və dərisi olan insanlar xüsusilə diqqətli olmalıdırlar, çünki onlarda dəri xərçəngi və melanomanın inkişaf ehtimalı daha yüksəkdir.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































