ABŞ yeni təhlükə qarşısında - 15 milyon insan...
Bizi izləyin

ABŞ

ABŞ yeni təhlükə qarşısında - 15 milyon insan...

ABŞ-ın körfəz sahillərinə yaxınlaşan “Alberto” fırtınası səbəbilə fövqəladə vəziyyət çağırışı elan edilib.

Publika.az xəbər verir ki, Florida meri Rik Skot sabahdan etibarən quruya daxil olacaq fırtınaya qarşı tədbir görmək üçün Milli Təhlükəsizlik Komitəsinə çağırış edib.

Mer qısa zamanda bəzi bölgələrdə şiddətli yağışlar və seldən qorunmaq üçün məcburi təxliyə işlərinin həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ Milli Qasırğa Mərkəzi 2018-ci il mövsümünün ilk qasırğası olan “Alberto”nun Kubanın qərb bölgəsindən Florida əyalətinin Key Vest şəhərində doğru irəlilədiyini açıqlayıb. Qasırğanın Şərqi Lusiana, Mississippi, Alabama, Tennessi və Floridanın böyük qismində təxminən 15 milyon insanın həyatı üçün təhlükə törədəcəyi bildirilir.

Təbiət hadisəsi Meksika körfəzindəki aktiv neft istehsalı bölgələrinə təhlükə törədə biləcəyi üçün minlərlə işçi təxliyə olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm