Vaşinqtondan iki SİQNAL: “Münaqişə tezliklə həll edilməlidir və 2019-cu ildə...”
Bizi izləyin

ABŞ

Vaşinqtondan iki SİQNAL: “Münaqişə tezliklə həll edilməlidir və 2019-cu ildə...”

Bu günlərdə ABŞ-ın dövlət katibi Maykl Pompeo “Amerikanın Səsi” radiosuna müsahibəsində Donbas münaqişəsi üzrə ABŞ-ın mövqeyindən danışdı.

Publika.az xəbər verir ki, “KDA” Konsaltinq Mərkəzinin prezidenti Dmitri Korneyçukun sözlərinə görə, Pompeonun bəyanatını Poroşenkoya dəqiq siqnal kimi qiymətləndirmək lazımdır.

Maykl Pompeonun sözlərinə görə, bu gün ABŞ Ukrayna üzrə sərt mövqeyə tərəfdardır. O bildirdi ki, Ağ Evin indiki administrasiyası növbəti il müvəffəqiyyətli seçkilərin keçirilməsi üçün Kiyevə böyük kömək göstərir.

Həmçinin, Amerika siyasətçisi ümidvar olduğunu ifadə edib ki, Donbas münaqişəsi tezliklə həll ediləcək. Bundan başqa, diplomat əlavə edib ki, Birləşmiş Ştatlar Ukrayna əhalisinin arzularını dəstəkləməyə davam edir.

Siyasi eksperti Dmitri Korneyçuk əmindir ki, Dövlət Administrasiyasının başçısının bu sözlərində Pyotr Poroşenko üçün iki çox əhəmiyyətli siqnal var.

“Vaşinqton Poroşenkoya dəqiq siqnal verdi ki, 2019-cu ildə prezident seçkiləri keçirilməlidir. Və seçkilərin təxirə salınması üçün heç bir hərbi vəziyyət və başqa manipulyasiyalara ABŞ-da dözməyəcəklər”, - politoloq qeyd edib.

Dmitri Korneyçukun fikrincə, Ağ Evin ikinci siqnalı ondan ibarətdir ki, ABŞ Minsk razılaşmalarını yerinə yetirməyə razı olan Ukrayna prezidentliyinə istənilən namizədlə işləməyə hazır olacaq.

“Bunlar Ukrayna prezidentini işləməyə məcbur etməli olan çox əhəmiyyətli siqnallardır”, - politoloq yekunlaşdırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm