Rusiya agentinin Rokfellerin varisi ilə ŞOK ƏLAQƏLƏRİ – “Amerika vətəndaşı №2”
Bizi izləyin

ABŞ

Rusiya agentinin Rokfellerin varisi ilə ŞOK ƏLAQƏLƏRİ – “Amerika vətəndaşı №2”

Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham edilərək həbs olunan rusiyalı Mariya Butina Rokfeller milyarderlər ailəsinin varisi, “American Conservative” jurnalının naşiri kiçik Corc Onil vasitəsilə ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələriylə əlaqədə olurdu.

Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, naşirin adı “Amerika vətəndaşı №2” kimi tanınan işdə çəkilir. Orada, xüsusi halda, qeyd deyilir ki, Butina amerikalılarla “dostluq şam yeməkləri”nin təşkil edilməsi ideyasını müzakirə edirdi. Onun fikrincə, bu, rusiyalıları siyasi cəhətdən aktiv amerikalılarla birləşdirməyə kömək edərdi.

ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, amerikalılardan biri bu ideyanı dəstəkləyib və 2017-ci ilin fevralında şam yeməyini təşkil edib. “The Wall Street Journal” qeyd edir ki, bu, məhz Onil idi. O, həmişə Rusiya ilə daha sıx əlaqələr haqqında ideyanı dəstəkləyirdi. Naşir şam yeməyində iştirak barədə 2017-ci ildə öz köşəsində yazırdı.

Sənədlərə əsasən, Butina “Amerika vətəndaşı № 2” işində deyib ki, Rusiyanın prezident administrasiyasının nümayəndəsi belə bir əlaqə kanalının formalaşmasını bəyənib.

“Bloomberg”in məlumatına görə, Onilə ünvanlandığı təxmin edilən öz məktublarında rusiyalı iddia edirdi ki, o, “dostluq şam yeməyi”nin təşkilində müəyyən müvəffəqiyyətə nail olmağı bacarıb. Xüsusi halda, o yazırdı ki, tədbirdə Kremlə yaxın “çox nüfuzlu” insanlar olacaqlar.

Nəşr bildirir ki, Butina şam yeməyindən sonra naşirə məktub yazıb. Orada bildirib ki, “əziz prezident” (Rusiya prezidenti Vladimir Putin –red.) onun Rusiya ilə bağlı diqqətli və konstruktiv yanaşması haqqında informasiyanı alıb. Məktubda həmçinin şam yeməyi üçün təşəkkür edilirdi.

Daha əvvəl KİV yazıb ki, Butina ABŞ-da respublikaçı hüquqşünas Pol Eriksonla “şəxsi münasibətlərə” malik idi. ABŞ-ın Ədliyyə Nazirliyinin fikrincə, rusiyalı hüquqşünasla şəxsi münasibətləri fəaliyyəti üçün “lazımlı aspekt” adlandırır və ümid edirdi ki, bu, ona Rusiyanın xeyrinə işi yerinə yetirməyə kömək edəcək.

Qeyd edək ki, Mariya Butina Vaşinqtonda iyulun 16-da saxlanılıb. İki gün sonra o, Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham edilərək həbs olunub.

ABŞ-ın Ədliyyə Nazirliyi hesab edir ki, Butina 2015- 2017-ci illərdə yüksək vəzifəli Rusiya məmuruna işləyirdi. İstintaqın məlumatına görə, Butinanı ABŞ-a Rusiyanın Mərkəzi Bankının direktor müavini, prezident Vladimir Putinin yaxın ətrafının nümayəndəsi göndərib. Məlumata görə, söhbət Aleksandr Torşindən gedir. O, daha əvvəl Rusiya parlamentinin deputatı idi, hazırda isə ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altındadır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Prokurorluğun versiyasına görə, Butina 2016-cı ildə tələbə vizası ilə ABŞ-a təhsil almağa gəlib. İyunun 22-də “The Washington Post” yazırdı ki, Rusiya milyarderi Konstantin Nikolay Butinanı maliyyələşdirdi.

“Röyters” agentliyi mənbələrə istinadən bildirir ki, Mariya Butina Federal Ehtiyatlar Sisteminin (FES) başçıları və Maliyyə Nazirliyinin məmurları ilə 2015-ci ildə görüşlərdə iştirak edirdi.

Agentliyin məlumatına görə, bu, Butinanın ABŞ-da daha əvvəl açıqlanandan daha geniş əlaqələrə malik olduğunu göstərir. Qeyd edilir ki, tədbirlər 2015-ci ilin aprelində keçirilib. Bu zaman Butina Aleksandr Torşinlə ABŞ-da işgüzar səfərdə idi. Həmin vaxt Butina Torşinin köməkçisi işləyirdi.

​Rusiyalılar həmin vaxt FES-in sədr müavini vəzifəsini tutan Stenli Fişerlə və ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini olan Natan Şitsa ilə görüşlər keçiriblər.

Hər iki görüş Vaşinqton Milli Maraqların Analitik Mərkəzi (Center for The National Interest) tərəfindən təşkil edilmişdi. “Röyters” qeyd edir ki, analitik mərkəz rusiyayönlü baxışları tez-tez müdafiə edir. Görüşlər “ABŞ və Rusiyanın maliyyə institutlarının aparıcı nümayəndələrini birləşdirmək” məqsədi ilə keçirilirdi.

Moskva isə ittihamları qəbul etmir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm