Tramp Kim Çenə təşəkkür etdi
Bizi izləyin

ABŞ

Tramp Kim Çenə təşəkkür etdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kimi Çen Ina Koreya müharibəsi zamanı həlak olmuş Amerika əsgərlərinin qalıqlarının təhvil verilməsinə görə təşəkkür edib.

Publika.az xəbər verir ki, Tramp bu haqda Tvitter hesabında yazıb.

“Təşəkkür sənə, Kim Çen In”, - Tramp qeyd edib.

Daha əvvəl Ağ Evdən verilən məlumata görə, amerikalı hərbi qulluqçuların qalıqları ABŞ-ın Hərbi Hava Qüvvələrinin nəqliyyat təyyarəsi ilə Koreya Xalq Demokratik Respublikasından Cənubi Koreyadakı təyyarə bazasına göndərilib.

Qeyd edək ki, ABŞ və Koreya Xalq Demokratik Respublikasının liderləri arasında görüş iyunun 12-də Sinqapurda keçirilib. Görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə yanaşı, Koreya müharibəsi zamanı həlak olmuş və itkin düşmüş Amerika hərbi qulluqçuların qalıqlarının axtarışı haqqında razılıq əldə edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm