ABŞ bu regionda Rusiyayla müharibəyə hazırlaşır – ŞOK İDDİA
Bizi izləyin

ABŞ

ABŞ bu regionda Rusiyayla müharibəyə hazırlaşır – ŞOK İDDİA

ABŞ Şimali Atlantikada Rusiyayla qarşıdurmaya hazırlaşır.

Publika.az xəbər verir ki, bu iddia ilə “National Interest” jurnalı çıxış edib.

Nəşrin müşahidəçisinin fikrincə, bunu yüksək vəzifəli amerika hərbçilərinin bir neçə bəyanatı da göstərir.

ABŞ Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Con Riçardson müsahibələrindən birində bildirib ki, Rusiya son 25 il ərzində Şimali Atlantikada fəallığı əhəmiyyətli dərəcədə artırıb. Öz növbəsində, avqustun 3-də ABŞ-ın sualtı donanmasının komandanı təyin edilən vitse-admiral Çarlz Riçard “döyüşə hazırlaşmağa” çağırıb və izah edib ki, bu, onun əmridir. Onun sözlərinə görə, Amerika xalqı “qələbələr gözləyir və bunu tələb edir”.

“National Interest” xatırladır ki, 2018-ci ildə qəbul edilən ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Rusiya və Çinlə qarşıdurma məsələləri terrorizmlə müqayisədə daha əhəmiyyətli məsələlər kimi göstərilib.

Bundan başqa, may ayında ABŞ-ın Hərbi Dəniz Qüvvələrlərinin komandanlığı ikinci donanmanın bərpası planını elan edib. Şimali Atlantikanın şərq sahili onun fəaliyyətinin əsas zonası olacaq. Moskvanın Vaşinqtonun müttəfiqləri barəsində “ərazi iddiaları”na qarşı durmaq ikinci donanmasının əsas vəzifəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm