ABŞ hərbçilərini Suriyadan çıxarmayacaq - Vaşinqton Türkiyəyə şərtini açıqladı
Bizi izləyin

ABŞ

ABŞ hərbçilərini Suriyadan çıxarmayacaq - Vaşinqton Türkiyəyə şərtini açıqladı

ABŞ prezidenti Donald Trampım milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Türkiyənin regiondakı planlarına dair dair açıqlama verib.

Publika.az xəbər verir ki, Bolton Türkiyənin Suriyada hərbi əməliyyat təşkil etməsini istəmədiklərini bildirib.

İsraildə səfərdə olan Bolton jurnalistlərə açıqlamasında çəkiləcək ABŞ qüvvələrinin qorunması üçün təminat istədiklərini dilə gətirib.

“ABŞ-la tam uzlaşma yaratmadan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalına hərbi hərəkat təşkil etməsinə qarşıyıq. Kürdləri qorumaq mövzusunda razılaşma əldə edilmədən ABŞ Suriyadan əsgərlərini çıxarmayacaq. Donald Trampın mövqeyi Türkiyənin kürdləri öldürməyəcəyi istiqamətindədir”- Bolton deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm