ABŞ-ı biabır edən 5 silah - SİYAHI
Bizi izləyin

ABŞ

ABŞ-ı biabır edən 5 silah - SİYAHI

ABŞ-ın “The National Interest” nəşri ölkənin ən müvəffəqiyyətsiz yüksəktexnologiyalı silah növlərinin siyahısını tərtib edib.

Publika.az xəbər verir ki, Vaşinqton toplam olaraq 5 layihəyə 30 milyard dollar xərcləyib.

1. BAT-ın (Brilliant Anti-Tank Munition) avtomatik tuşlanan döyüş elementi birinci müvəffəqiyyətsiz silah hesab edilir. M270 artilleriya sistemi üzərində iş “soyuq müharibə” illərində gedirdi. Artilleriya sisteminin bir raketi tankların bütöv bölüyünü məhv edə bilərdi. Ancaq “soyuq müharibə”nin başa çatması ilə layihə təxirə salındı və sonra tamamilə ləğv edildi. Layihəyə toplam olaraq 2,2 milyard dollar xərclənib.

2. “RAH-66 Comanche” kəşfiyyat-döyüş helikopteri siyahıda ikinci yerdə qərarlaşıb. Onun birinci uçuşu 1996-cı ildə olub. Bahalığa görə helikopter üzərində iş 2004-cü ildə dayandırılıb. Onun üçün xərclənən vəsait 7,9 milyard dollar təşkil edib.

3. Siyahının üçüncü yerində 155 millimetrli kalibrli “Crusader” özüyeriyən haubitsası yerləşir. Layihə 2002-ci ildə ləğv olunub, çünki haubitsa çox ağır (43 t) idi, xərcləri isə 2,2 milyard dollar təşkil edib.

4. Dördüncü yerdə “Future Combat Systems” (FCS) proqramı yerləşdirilib. Sistem Amerika ordusunu tamamilə yenidən təchiz etməli idi. Proqram 18,1 milyard dollara başa gəldi, sonra isə proqramı dayandırdılar.

5. GCV (Ground Combat Vehicles) proqramı siyahıda son yerdədir. Layihənin əsasında yeni müasir döyüş tankının yaradılması daxil idi. Ancaq nəticədə hərbi maşının çəkisi 60 ton oldu. Hərbi texnika hərbçiləri qane etmədi, büdcənin itkisi isə 1 milyard dollardan çox təşkil etdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm