ABŞ
Pentaqonun Əfqanıstan planı AÇIQLANDI: 5 il ərzində...
ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) Əfqanıstandakı iqtidarı Taliban və Kabil hökümətləri arasında bölüşdürmək üçün hazırlanan sülh planının bəzi detalları mediaya sızıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa ölkələrinə təqdim edilən planda ABŞ əsgərlərinin 5 il ərzində Əfqanıstandan tamamilə çıxacağı qeyd edilib.
"Nyu-York Times" qəzetinin Amerika və Avropa rəsmilərinə istinadən verdiyi xəbərdə qeyd edilir ki, növbəti aylarda ABŞ-ın Əfqanıstandakı 14 minlik əsgərlərinin sayı 50 faiz azaldılacaq.
Bununla yanaşı, 8600 müttəfiq qüvvənin isə NATO rəhbərliyində Əfqanıstan ordusunda dərs keçəcəyi bildirilir. Əfqanıstanda qalan amerikalı əsgərlər ancaq terrorla mübarizədə iştirak edə biləcək. Plan hələ ki, müzakirə mərhələsindədir. Lakin Vaşinqton və Avropada böyük bir kütlənin bu planı dəstəklədiyi bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında Əfqanıstan, İraq və Suriyanı nəzərdə tutaraq “nəticəsiz müharibələrdən” geri çəkiləcəklərini açıqlamışdı.
Gülxar
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu