ABŞ Çinə SNV müqaviləsinə qoşulmağı təklif etdi
Bizi izləyin

ABŞ

ABŞ Çinə SNV müqaviləsinə qoşulmağı təklif etdi

Vaşinqton Cinə strateji hücum silahları haqqında (SNV) müqaviləyə qoşulmağı təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirdi.

Onun sözlərinə görə, ABŞ təhlükəni yalnız Rusiya tərəfindən hiss etmir, çünki nüvə potensialı başqa ölkələrdə də var. Pompeo dəqiqləşdirib ki, Çini nəzərdə tutur.

Qeyd edək ki, 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanmış SNV 5 fevral 2011-ci ildə qüvvəyə minib. Prezidentlər Dmitri Medvedev və Barak Obamanın imzaladığı müqaviləyə görə, 7 il sonra hər tərəf üçün nüvə başlıqlarının sayı 1500-lə 1675, daşıyıcıların sayı 500-lə 1100 arasında, qitələrarası ballistik raketlərin ümumi miqdarı isə 770-dək təsbit edilib.

Müqavilənin işləmə müddəti 2021-ci ildə başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm