ABŞ İranı bu 2 ölkə ilə birgə çökdürəcək - ŞOK PLAN
Bizi izləyin

ABŞ

ABŞ İranı bu 2 ölkə ilə birgə çökdürəcək - ŞOK PLAN

ABŞ İrandan neft idxalını tamamilə qadağan etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri Dövlət Departamentindəki mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, ABŞ açıqlamağa hazırlaşır ki, İran neftini idxal edən ölkələr bunu tamamilə dayandırmalıdır, əks təqdirdə Vaşinqton onlara qarşı sanksiyalar tətbiq edəcək.

ABŞ administrasiyasının fikrincə, İrandan neft idxalı iki səbəbdən minimal olmalıdır. Birincisi, təklif hazırda tələbatı ötür. İkincisi, dövlət katibi Mayk Pompeo elan etməyə hazırlaşır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bazarda İranın payını kompensasiya etməyi üzərinə götürüb.

Türkiyə də daxil olmaqla, 8 ölkənin İranla ticarətə görə sanksiyalara məruz qala biləcəyi bildirilir. Pompeonun bu gün sözügedən sanksiyalarla bağlı açıqlama verməsi gözlənilir.

Xatırladaq ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik probleminin nizama salıması haqqında tarixi razılaşmaya nail olublar. Razılaşdırılan Birgə hərtərəfli İş Planı BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqinin İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

Ancaq ABŞ ötən ilin mayında İranla nüvə proqramı razılaşmasından çıxdığını və bu ölkəyə qarşı bütün sanksiyaların bərpa olunacağını elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm