Konqresmenlər Trampa məktub yazdı: Müqavilənin müddətini uzadın!
Bizi izləyin

ABŞ

Konqresmenlər Trampa məktub yazdı: Müqavilənin müddətini uzadın!

Amerika Konqres bir sıra üzvləri və senatorlar qrupu ABŞ prezidenti Donalda Trampa məktub göndəriblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qanunvericilər Trampı Rusiya ilə imzalanan Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqaviləni uzatmağa çağırıblar.

Onların fikrincə, bu müqavilənin dayandırılması ABŞ üçün uzunmüddətli mənfi nəticələrə gətirib çıxaracaq.

Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib. Sənədə əsasən, Rusiya və Amerika Birləşmiş Ştatları 2018-ci il fevralın 5-i tarixinə, yəni bu günə qədər qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəliblər.

Müqavilənin müddəti 2021-ci ildə başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm