Rusiya ABŞ-ın "Sülh çeşməsi" ilə bağlı layihəsinə qarşı çıxdı
Bizi izləyin

ABŞ

Rusiya ABŞ-ın "Sülh çeşməsi" ilə bağlı layihəsinə qarşı çıxdı

Rusiya ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Türkiyənin “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə bağlı təklif etdiyi layihəni dəstəkləməyib.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında bu gün “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı kontekstində Suriyanın şimal-şərqindəki vəziyyət müzakirə edilib.

Müzakirədə ABŞ Türkiyənin Suriyadakı hərəkətlərinə görə narahatlığını dilə gətirən ortaq açıqlama layihəsini təqdim edib.

Türkiyəyə əməliyyata son verilməsi çağırışının qeyd edildiyi layihənin mətnində həmçinin Türkiyəni narahat edən təhlükəsizlik problemlərinin həlli üçün diplomatik kanalların dövrəyə girməsi təklif edilir.

Agentlik layihədə Türkiyənin hərəkətlərinin "işğal" kimi xarakterizə edildiyini də qeyd edib.

Moskvanın mövqeyinə uyğun gəlməməsi səbəbindən layihəni Rusiyanın dəstəkləmədiyi və qarşı olduğu bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm