Trampa KORONAVİRUS ŞOKU - "Ağ ev" hərəkətə keçdi
Bizi izləyin

ABŞ

Trampa KORONAVİRUS ŞOKU - "Ağ ev" hərəkətə keçdi

ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin iştirak etdiyi toplantıdakı qonaqlardan birində koronavirus aşkar edilib.

Publika.az xəbər verir ki, fevral ayının 29-da baş tutan toplantıdan sonra adı açıqlanmayan şəxsdə koronavirusun olduğu müəyyən edilib. Dərhal hərəkətə keçən Səhiyyə Nazirliyi həmin şəxsin toplantıda təmasda olduğu nümayəndələri müəyyən edərək nəzarətə götürüb. Bildirilir ki, koronavirus xəstəsi toplantıda Trampdan bir neçə metr məsafədə olub və onlar görüşməyiblər. Açıqlamaya görə, koronavirus səbəbiylə “Ağ ev”də bütün tədbirlər görülüb. Məsələ barədə Trampa məlumat verilib.

Qeyd edək ki, ABŞ-ın 30 ştatında 400 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 19-a yüksəlib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm