ABŞ
Paytaxta hücum əmrinə yaşıl işığı o yandırıb - Ağ evdəki sirr açıldı
Ağ evin sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Liviyanın qiyamçı generalı Xəlifə Haftara paytaxt Tripolinin işğalı üçün yaşıl işıq yandırıb.
Publika.az xəbər verir ki, bu iddia “New York Times” qəzetinin Devid Kirkpatrik imzalı məqaləsində yer alıb.
Bildirilib ki, Haftar Tripoliyə hücum etməzdən əvvəl Con Boltona zəng vurub. Haftar həmin danışıqda qarşı tərəfdən “yox” cavabı almayıb. Lakin həm Haftar, həm də ABŞ tərəfindən həmin telefon danışığı ilə bağlı bilgiləndirilən 3 qərbli diplomat Boltonun “hücum edəcəksənsə, tez hərəkətə keç” dediyini, bunun üstüörtülü şəkildə razılıq əlaməti kimi başa düşüldüyünü bildirib.
Xəbərdə qeyd olunub ki, Ağ evin Liviyadakı ikili standart tətbiq etməsi təkcə beynəlxalq aləmdə deyil, Vaşinqtonda da qarışıqlığa və təəccübə səbəb olub.
Qeyd edək ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar 4 aprel 2019-cu ildə paytaxt Tripoliyə hücum əmri vermişdi. Hazırda BMT-nin tanıdığı Milli Barışıq Hökuməti ilə Haftar qüvvələri arasında müharibə davam edir.
Con Bolton isə Ağ evdəki vəzifəsindən ötən ilin sentyabrında istefa verib.
Zümrüd
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR


















.jpg)


















