Mask USAID-i çirkli pulların yuyulmasında ittiham etdi
Bizi izləyin

ABŞ

Mask USAID-i çirkli pulların yuyulmasında ittiham etdi

Mask USAID-i çirkli pulların yuyulmasında ittiham etdi

Amerikalı sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihələrini çirkli pulların yuyulması və dövlət vəsaitlərinin mənimsənilməsi üçün istifadə etməkdə ittiham edib.

Publika.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“USAID-in bu absurd layihələrində ilk baxışda nəzərə çarpmayan məqam onların əslində çirkli pulların yuyulması və vəsaitlərin mənimsənilməsi üçün kifayət qədər uğurlu sxemlərə çevrilməsidir!”, - deyə Mask yazıb.

Ötən il ABŞ Prezidenti Donald Trampın administrasiyası USAID-in “absurd xərcləri”nin siyahısını dərc edib. Belə ki, Ağ Evin məlumatına görə, qurum “Serbiyanın iş kollektivlərində və biznes icmalarında bərabərliyin və inklüzivliyin təşviqi” üçün 1,5 milyon dollar, Kolumbiyada “transgender operası” üçün 47 min dollar, Qvatemalada isə “LGBT fəallığı” üçün 2 milyon dollar ayırıb. Bundan başqa, USAID Misirdə turizmi və İrlandiyada “DEI müzikli”nin səhnələşdirilməsini maliyyələşdirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm