ABŞ
Tramp Əfqanıstandakı bütün qoşunlarını geri çəkir? - Pentaqondan AÇIQLAMA
İddia olunur ki, ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərinə qədər Əfqanıstandakı bütün ABŞ qoşunlarını geri çəkməyi planlaşdırır və Müdafiə Nazirliyi (Pentaqon) bu mövzuda xüsusi plan hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzetinə ABŞ-ın hərbi rəsmiləri məlumat verib. Bildirilir ki, yaxın günlərdə bu mövzuda Ağ Ev rəhbəri ictimaiyyətə açıqlama verəcək.
Hesabatda Trampın ordunu geri çağrılmasının noyabr ayından əvvəl tamamlanmasını istədiyi qeyd edilib. Pentaqon isə onun bu mövzuda tələsməməsini və planlı şəkildə geri çəkilməsini təklif edib.
Mövzuyla əlaqədar sualları cavablandıran Pentaqon sözçüsü Conatan Hoffman isə ABŞ-ın Talibanla razılaşmasına əsasən, Əfqanıstandakı qoşun sayının 8500-ə qədər endirilməsi planının iyul ayına qədər davam etdiyini vurğulayıb. O, yeni bir planın olub-olmadığı və ya Pentaqonun Donald Trampın keçirəcəyi brifinqə hansısa təkliflər verəcəyi ilə bağlı məlumat verməyib.
Akqabay
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR

















.jpg)



















