ABŞ
Ermənistan səfirliyi qaşısında etiraz aksiyası keçirildi
Ermənistanın ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil olunub.
Publika.az xəbər veri ki, aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.
Aksiyaçılar əllərində Azərbaycan və Türkiyənin bayraqları ilə səfirlik binasının önünə doğru yürüş ediblər. “İşğalı dayandır”, “Ar olsun Ermənistana”, "Qarabağa Ədalət", “Qarabağ Azərbaycanındır” şüarlarını yazıldığı plakatlarla səfirlik binasının önündə toplaşan yüzlərlə həmyerlimiz Amerika ictimaiyyətini baş verən ədalətsizliyə susmamağa çağırıb.
Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatları barədə ABŞ ictimayyətinə məlumat verilib.
Etirazçılar qəsbkar Ermənistanın davam etdirdiyi təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarında işğala son qoymasını tələb ediblər.
Aksiyanın sonunda bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinin binasının qapısına vurulub.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır




































