ABŞ
Tramp koronavirusla bağlı sirri gizlədib - SƏBƏBİ AÇIQLADI
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında jurnalistlərə bildirib ki, ilin əvvəlində ölkədə təlaşdan, həmçinin tibbi təyinatlı malların və fərdi müdafiə vasitələrinin qiymət artımından qaçmaq üçün yeni tip koronavirus təhlükəsi haqqında dərhal məlumat verməyib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika səlahiyyətlilərinin nümayiş etdirməli olduqları son şeylər "çaxnaşma, həyəcan və qorxu" idi.
"Biz düşdüyümüz vəziyyətin qayğısına qalmalı idik. Biz liderlik və sakitlilik nümayiş etdirməliyik", - Tramp deyib. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında "vahimə salmağa" hazırlaşmayıb.
Daha əvvəl Demokratlar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden Trampı ictimaiyyət qarşısında koronavirus təhlükəsi barədə susmaqda ittiham edib.
ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 6,5 milyonu ötüb, 3,8 milyondan çox pasiyent sağalıb, demək olar, 195 min insan ölüb.
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım