ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Bizi izləyin

ABŞ

ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır

ABŞ prezidenti Cozef Bayden koronavirusun yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin vaxtını uzadıb.

Publika.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin verdiyi açıqlamada deyilir:

"13 mart 2020-ci ildə prezident "COVID-19" pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdi. Pandemiya ölkənin ictimai sağlamlığı və təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaratmağda davam edir. Bu səbəbdən fövqəladə vəziyyət rejimi 1 Mart 2021-ci ildən sonra davam etməlidir".

Fövqəladə rejimin uzadılmasının müddəti barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm