COVID vaksinini icad edən türklərin həyatı kitablaşdırılır
Bizi izləyin

ABŞ

COVID vaksinini icad edən türklərin həyatı kitablaşdırılır

Koronavirusa qarşı "Pfizer" şirkəti ilə birgə vaksin icad edib onu patentləşdirən Özlem Türeci və Uğur Şahin peyvənd hekayəsini kitab halına gətirirlər.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, "Pfizer"lə birgə koronavirusa qarşı peyvənd istehsal edən və birdən-birə dünyanın ən populyar elm adamları çevrilən "BioNTech" şirkətinin qurucuları Özlem Türeci və Uğur Şahin bir kitab hazırlayırlar.

"Financial Times"ın müxbiri Co Millerin qələmə aldığı kitabda Dr. Türeci və Dr. Şahinə əlavə olaraq "BioNTech" və "Pfizer"-dən yüksək vəzifəli məmurların fikirləri də daxil ediləcək.

Türeci və Şahinlə 150 ​​saatdan çox davam edən müsahibələrdən toplanan kitab haqqında danışan Miller, “Rekord qıran inkişafı seyr edərək dövrümüzün ən böyük elmi uğurundan bəhs edəndən çox xoşbəxtəm", - deyib.

O bildirib ki, Şahin və Türeci uzun müddət xərçənglə mübarizədə immunitet sisteminin gücünə inanırdılar. Uğurları bəşəriyyətin ən qaranlıq anlarında şirin bir təsadüf deyildi.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm