Məşhur türk həkim ABŞ Senatına namizəd oldu
Bizi izləyin

ABŞ

Məşhur türk həkim ABŞ Senatına namizəd oldu

Məşhur türk həkim, ürək cərrahı Mehmet Öz ABŞ Senatına namizədliyini açıqlayıb.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, Mehmet Öz Pensilvaniya ştatından namizədliyini irəli sürüb.

O, Senata daxil olmaq üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampın partiyasından - "Respublikaçılar"dan namizədliyini irəli sürdüyünü elan edib. Öz bildirib ki, "Amerikanın Vaşinqtondakı problemlərini həll etmək üçün mühafizəkar respublikaçıya ehtiyacı var".

Qeyd edək ki, 61 yaşlı Mehmet Öz həm də ABŞ-da "Dr. "The Oz Show" verilişinin aparıcısı kimi tanınır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm