ABŞ
SEPAH-a ağır zərbə: ABŞ İranı belə cəzalandırdı
ABŞ Ticarət Nazirliyi İrandan olan 7 təşkilatı “Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım etdiyinə görə” qara siyahıya salıb.
Publika.az xəbər verir ki, müvafiq bildiriş bu gün ABŞ hökumətinin rəsmi sənədlər toplusunun Federal Reyestrinin elektron bazasına daxil olub.
Siyahıya, xüsusən də aviasiya sənayesinin bir neçə müəssisəsi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri daxil edilib.
“Bu yeddi təşkilat ABŞ hökuməti tərəfindən Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardımda ABŞ-ın milli təhlükəsizliyi və ya xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərdikləri üçün müəyyən edilib”, - sənədin mətnində qeyd edilib.
Amerika tərəfinin fikrincə, siyahıda olan təşkilatlar Ukraynada istifadə üçün Rusiyaya verilən İran pilotsuz təyyarələrinin istehsalı ilə Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə töhfə veriblər.
Qara siyahıya düşmək həmin təşkilatlara qarşı ixrac nəzarəti tədbirlərinin tətbiqi deməkdir. Bu halda, qida və dərman istisna olmaqla, ixrac nəzarətinə məruz qalan bütün mallara ixrac lisenziyasının verilməsindən imtina siyasəti tətbiq olunacaq.
Akqabay
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi








.jpg)
















.jpg)



.jpg)

