ABŞ
İrana təzyiq: ABŞ bu ərazini ələ keçirməyi planlaşdırır
ABŞ prezidenti Donald Trump İrana qarşı təzyiq mexanizmlərini gücləndirmək məqsədilə Xarq adası ilə bağlı hərbi variantları nəzərdən keçirir.
Publika.az xəbər verir ki, ABŞ-ın “Axios” nəşri adı açıqlanmayan dörd mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, planlar arasında adanın işğalı və ya blokadaya alınması variantları yer alır. Bu addımın əsas məqsədi İranı Hörmüz boğazı üzərində nəzarəti yumşaltmağa və boğazı yenidən açmağa məcbur etməkdir.
Mənbələrdən biri nəşrə bildirib ki, İranın hərbi və iqtisadi imkanlarını zəiflətmək, ardınca isə danışıqlarda üstünlük qazanmaq üçün belə bir əməliyyatın həyata keçirilməsi təxminən bir ay vaxt apara bilər.
Qeyd olunur ki, Xarq adası İranın neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi əsas mərkəz hesab olunur. Daha əvvəl ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlarda əsasən hərbi obyektlər hədəf alınsa da, mümkün quru əməliyyatı ABŞ qüvvələrini birbaşa İranın zərbə radiusuna daxil edə bilər.
ABŞ administrasiyasından yüksək vəzifəli bir rəsmi “Axios”a açıqlamasında bildirib ki, sahil işğalı variantı istisna olunmur: “Əgər belə qərar verilsə, bu plan həyata keçiriləcək. Lakin hazırda yekun qərar qəbul olunmayıb”.
Xarq adası İranın ən böyük neft terminalıdır və ölkənin ixrac gəlirlərinin əsas hissəsi məhz buradan formalaşır. Ada Fars körfəzində yerləşir və qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)






















.jpg)
.jpg)