Bu dəfə qızı ilə birlikdə tank sürdü - Foto
Bizi izləyin

Dünya

Bu dəfə qızı ilə birlikdə tank sürdü - Foto

Şimali Koreya (KXDR) lideri Kim Çen In hərbi təlimlərə baş çəkdiyi zaman qızı ilə birlikdə ən yeni tankda gəzib.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Dərc olunan kadrlarda Şimali Koreya liderinin qızının və hərbçilərin müşayiəti ilə tankın zirehi üzərində olduğu görünür. Nəqliyyat vasitəsinin üzərində KXDR-in dövlət bayrağı quraşdırılıb.

Tədbirlər zamanı Kim Çen In qeyd edib ki, atəşə nəzarət sistemi, elektron mübarizə vasitələri, idarə olunan raketlər və aktiv müdafiə kompleksi ilə təchiz olunmuş tankın hazırlanması yeddi il çəkib.

"Bizim əsas tankımızın döyüş xüsusiyyətləri müqayisəolunmaz dərəcədə üstündür. Bundan sonra quru qoşunlarımız geniş miqyasda bu mükəmməl ən yeni tanklarla silahlanacaq və zirehli tank qüvvələrimiz daha yüksək pilləyə yüksələcək", - deyə o bildirib.

Agentliyin məlumatına görə, piyada və tank bölmələrinin təlimləri Koreya Xalq Ordusunun paytaxt müdafiə korpusunun 60-cı təlim bazasında keçirilib. Təlimlərdə həmçinin xüsusi təyinatlı bölmələr, baş qərargahın ehtiyat qrupunun zirehli tank bölmələri və kavaleriya alayının tank rotası iştirak edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm