ABŞ Sudandan 1 000-ə yaxın amerikalını təxliyə etdi
Bizi izləyin

ABŞ

ABŞ Sudandan 1 000-ə yaxın amerikalını təxliyə etdi

ABŞ Sudandan 1 000-ə yaxın amerikalını təxliyə edib

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller tviter səhifəsində məlumat yayıb.

“ABŞ hökuməti münaqişə başlayandan bəri 1 000-ə yaxın vətəndaşının Sudanı tərk etməsinə şərait yaradıb”, - paylaşımda deyilir.

Miller əlavə edib ki, təxliyənin həyata keçirilməsi zamanı ABŞ müttəfiq dövlətlərlə sıx koordinasiya saxlayıb.

Onun sözlərinə görə, ABŞ hökumətinin təşkil etdiyi ikinci karvan Port Sudana çatıb.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin humanitar yardımı olan ilk təyyarə Sudana gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm