Ostin NATO-dakı həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə etdi
Bizi izləyin

ABŞ

Ostin NATO-dakı həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə etdi

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniya, Böyük Britaniya, Fransa, Kanada və Polşanın müdafiə nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.

"Vəziyyət daha da inkişaf etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə yaxından əlaqə saxlayacaq", - deyə mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri ABŞ-ın Ukraynaya dəstəyinin dəyişməyəcəyini də təsdiqləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden də Almaniya Kansleri Olaf Şolz, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb və onlar Rusiyadakı vəziyyəti müzakirə etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm