Ermənistan BMT-nin Təhlükəsizlik Şurasını istismar etməyə cəhdlər edir - Türkiyə NARAHATDIR
Bizi izləyin

ABŞ

Ermənistan BMT-nin Təhlükəsizlik Şurasını istismar etməyə cəhdlər edir - Türkiyə NARAHATDIR

“Ermənistan beynəlxalq platformaları siyasi motivli ittihamlarını bəyan etmək üçün istismar etməyə cəhdlər edir və buna görə Türkiyə narahatdır. Bura BMT-nin Təhlükəsizlik Şurası da aiddir”.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib:

S.Önal qeyd edib ki, Ermənistan Laçın yolu ilə bağlı əsassız bəyanatlarla çıxış edir:

“Azərbaycanın legitim narahatlıqları nəzərə alınmalıdır. Laçın yolu müxtəlif silahlı qrupların qeyri-qanuni istismar etdiyi yer olub. Azərbaycan öz suveren haqqından istifadə etdi, öz ərazisində lazımi tədbirlər görməyə qərar verdi. Laçın yolu vasitəsilə tibbi təxliyələr olub, Azərbaycan bunu göstərib, eyni zamanda Ağdam-Xankəndi yolunun Qarabağda olan erməni əhalisinə lazımi təchizatın çatdırılması üçün təklif edib. Bundan əlavə yerli erməni əhalisi ilə danışıqlara başlamağa da razılıq verilib. Təəssüf ki, Azərbaycanın bu səyləri müsbət qarşılanmadı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm